AZ

“Lufthansa” Yaxın Şərqə uçuşları dayandırdı

Almaniyanın "Lufthansa" şirkətinin təyyarələri avqustun 7-dək İran və İraqın hava məkanından yayınacaqlar.

Yenisabah.az xəbər verir ki, şirkət avqustun 7-dək İordaniyanın paytaxtı Əmman və İraqın Ərbil şəhərinə uçuşları dayandırıb.

Bundan əlavə, İsveçrə Beynəlxalq Hava Yolları, Avstriya Hava Yolları və "Eurowings" şirkətlərinin daxil olduğu "Lufthansa" Qrupu avqustun 12-dək Tel-Əviv, Tehran və Beyruta uçuşları dayandırdığını elan edib.

"Lufthansa" bundan əvvəl yaxın gələcək üçün İsrailə bütün uçuşları ləğv etmişdi.

Ötən həftə Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və "Hizbullah" funksioneri Fuad Şükrün Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İran və "Hizbullah" onların ölümlərinin qisasını alacaqlarına söz veriblər.

Bundan sonra bir sıra aviaşirkətlər bölgəyə uçuşları dayandırmağa başlayıb.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
yenisabah.az

1Mənbələr