AZ

Məsuliyyəti üzərimə götürürəm, fələstinlilər bunu istəyir – Netanyahu

“Qəzzada girovların azad edilməsi ilə bağlı danışıqlara HƏMAS mane olur”. 

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Baş nazir İsrailin bu məsələ ilə bağlı razılaşmadan imtina etməsinə dair yayılan məlumatların doğru olmadığını bildirib:

“İsrailin təhlükəsizliyinə zəmanət verərəkən bütün girovlarımızı azad etmək üçün məsuliyyəti öz üzərimə götürməyə hazıram. HƏMAS-ın sövdələşməyə razı olduğu, bizim isə rədd etməyimiz kimi məlumatlar həqiqəti əks etdirmir. Bu, girovların əziz ailələrini də çaşdırır. Belə məlumatlar danışıqlar prosesinə də zərər vurur. Məsələ tamamilə əksinədir. HƏMAS sövdələşmənin ilkin şərtləri ilə razılaşmayıb. Biz isə plana heç bir əlavə etməmişik. Fələstinlilər müvəqqəti atəşkəsdən sonra əməliyyatların tamamilə dayandırılmasını istəyirlər. Silahlıların ərazidən kənarlaşdırılmasını istəmirlər. Onlar 7 oktyabr hücumunu təkrarlamaq üçün güclərini toplamağa çalışırlar”

Seçilən
604
paytaxt.org

1Mənbələr