AZ

Tovuz küçələrində "böyrək daşı" əməliyyatı

Tovuz rayon sakinlərindən redaksiyamıza şikayət daxil olub.

Rayon sakini Hidayət Zeynalov Hit.az- bildirib ki, rayonun küçələri çox kələ-kötür olduğu üçün tez- tez avtomobillər ziyan çəkir:

“Rayon mərkəzində 200-dən çox küçə var. Amma bircə dənə yamaqsız, yaxşı vəziyyətdə küçə axtarsanız, tapa bilməzsiniz. Yeni salınan yollar da sürətlə sıradan çıxıb. Maşınla şəhəri gəzəndə böyrəyində daş olan adamın daşı düşür. Gah maşın qırılır, gah da maşında ora bura  çırpılan sümüklərimiz. Mərkəzi  küçələr gözə xoş görünsə də,  ara küçələr bərbad vəziyətdədir” -deyə o ironiya ilə bildirib.

Ümid  edirik, rayon rəhbərliyi rayon sakinlərinin bu yarıgülməli, yarı ağlamalı şikayətini cavabsız qoymaz.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
hit.az

1Mənbələr