AZ

Rus ordusu vilayətin işğalını tamamlayır – Son şəhərlər də təslim olur

Pokrovsk (Donetsk vilayəti) istiqamətində vəziyyət son dərəcə təhlükəlidir, Rusiya hərbi qüvvələri mühüm Pokrovsk-Kostantinivka magistralını kəsməyə yaxındırlar.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun “Aydar” batalyonunun keçmiş komandiri, hərbi ekspert Yevgeni Dikiy deyib.

Onun sözlərinə görə, Pokrovsk istiqamətində ağır döyüşlər gözləmək lazımdır: “Bu istiqamətdə durum asan olmayacaq, yerdəki vəziyyət çox təhlükəlidir, son dərəcə xoşagəlməzdir. Rusların Pokrovsk-Kostantinivka yolunu kəsmələri üçün çox az vaxt qalıb. Buna çox yaxındırlar”.

Dikiy Rusiya ordusunun bu istiqamətdə çox ciddi irəliləyişlərinin olduğunu vurğulayıb.

Hərbi ekspert Donetskin son qalası hesab olunan Çasiv Yar şəhərinin də Rusiyanın nəzarətinə keçmək üzrə olduğunu qeyd edib:

“Çasiv Yarda da xoşagəlməz xəbərlər var. Ruslar orada uzun müddətdir kanal boyu dayanırlar. Su maneəsi müdafiədə həmişə çox gözəl bir şeydir, amma təəssüf ki, bu, artıq keçmişdə qalıb. Ruslar kanalı keçə biliblər, döyüşlər artıq kanalın qərbində - Çasiv Yar şəhərinin qalan hissəsi və ya mərkəzində gedir”.

Dikiy Rusiya qoşunlarının böyük ölçüdə şəhərə nəzarəti ələ keçirdiklərini söyləyib.

Rusiyanın Pokrovsk yolunda tutmaq istədiyi daha bir şəhər var - Novoqrodivka. Şəhər indi rusların olduğu yerdən 5 kilometr məsafədə yerləşir. Bunlar Donetsk vilayətinin Rusiya ordusunun nəzarətində olmayan son şəhərləridir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
teleqraf.com

2Mənbələr