AZ

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə oxuyacaq?

Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edib.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir. 

Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək qeyd olunan ixtisasları seçə bilərlər. Tədris ingilis dilində və Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Bu universitetlər “Baku Campus” adı altında öz diplomlarını verə biləcəklər. Türkiyə-Azərbaycan Universitetinin çətiri altında bu proqramları uğurla başa vuran tələbələr müvafiq universitetlərimizin diplomlarını alacaqlar. 

Tələbələrin qəbulu isə bu ali təhsil müəssisələrinin mövcud qaydaları əsasında həyata keçiriləcək. 

Bəs, bu il sözügedən universitetdə nə qədər tələbənin təhsili gözlənilir? 

"Cebheinfo.az" xəbər verir ki, növbəti tədris ilindən etibarən müəyyən ixtisaslar- kompüter elmləri, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi həyata keçiriləcək. Növbəti illərdə tibb ixtisasının da tədris ediləcəyi gözlənilir.  İlk ildə isə ümumilikdə yüz tələbənin qəbulu planlaşdırılır.  

Bundan əlavə, Türkiyə-Azərbaycan Universitetinin bənzər modelinin digər ölkələrdə də qurulması nəzərdə tutulur. Bu istiqamətdə artıq danışıqlar aparılır. Ehtimallara görə, Azərbaycandan sonra Özbəkistanla da bununla bağlı birgə fəaliyyət istiqaməti seçiləcək. 

Seçilən
137
36
cebheinfo.az

10Mənbələr