AZ

Kamran Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 16-da, saat 10:00-da Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Naxçıvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli, Naxçıvan Muxtar Respublikası prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin (036)-550-14-96 nömrəli telefonu, contact@prosecutor.gov.az və nakhchivan.mr@prosecutor.gov.az elektron poçt ünvanları, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook, X) vasitəsilə də qəbula yazıla bilərlər.
 

Seçilən
168
14
unikal.az

10Mənbələr