Bakı. Trend:
Avqustun 8-də Abşeron çimərliklərində gözlənilən hava şəraitiaçıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, arabirgüclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,Bilgəh, Zaqulba) 25-26°,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27°olacaq.