AZ

Koronavirus Azərbaycana yenidən qayıdır? – Səhiyyə Nazirliyi vəziyyəti açıqladı.

Əhali arasında artan qızdırma, halsızlıq, baş ağrısı, yorğunluq, əzələ ağrıları COVID-19 əlamətləri hesab edilir. Ölkədə son 10 gündə COVID-19-a yoluxmada ciddi artım müşahidə olunub. Türkiyədə də yoluxmada kəskin çoxalma var. Virus fərqli ştamlarla yayılır.

Teleqraf.com Azərbaycandakı vəziyyəti öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən bildirilib ki, Azərbaycanda COVID-19 ilə bağlı epidemioloji vəziyyət stabildir:

“Tək-tək yoluxma hadisələrinin qeyd olunmasına baxmayaraq, kütləvi yayılma halları müşahidə edilmir. Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır”.


Müəllif: Şəbnəm Zahir
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
teleqraf.com

1Mənbələr