AZ

Sakinlər Putinə müraciət etdi: Şəhərimizi geri al!

Kursk vilayətinin Sucansk rayonunun sakinləri Rusiya Prezidenti Putinə videomüraciət ünvanlayıblar.

Axar.az xəbər verir ki, onlar Putindən “torpaqlarını geri almağı” xahiş ediblər.

“Avqustun 6-da NATO-nun texnikası ilə xarici qoşunlar torpağımıza daxil oldu. Bir neçə saat ərzində şəhərimiz xarabalığa çevrildi. Qohumlarımız, ərlərimiz, qonşularımız Donbası müdafiə edirlər. Torpaqlarımızı itirdik, evlərimizi itirdik. Atışmalara məruz qalaraq qaçdıq”, - onlar bildiriblər.

Sakinlər gecə yata bilmədiklərini, işıqsız, rabitəsiz qaldıqlarını, doğmaları ilə əlaqə saxlaya bilmədiklərini deyiblər.

Sakinlər vurğulayıblar ki, sənədsiz, heç nə götürmədən evlərindən qaçıblar, rəsmilər onları əvvəlcədən təxliyə etməyib, hazırda Sucansk rayonunda güclü döyüşlər gedir.

Seçilən
143
4
axar.az

10Mənbələr