AZ

Tacikistanda sabiq prezidenti, naziri tutdular

Tacikistanda bir neçə gün əvvəl keçmiş dövlət məmurları və müxalif siyasi partiyanın rəhbərinə qarşı əməliyyat keçirilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə ölkənin baş prokuroru Yusuf Rəhmon açıqlama verib.

Yusuf Rəhmon bildirib ki, 1991-1992-ci illərdə prezident vəzifəsini icra etmiş Əkbərşo İsgəndərov, keçmiş xarici işlər naziri Xamroxon Zərifi, Demokratik Partiyanın sədr müavini Əhmədşoh Komilzoda və Sosial Demokrat Partiyasının sədr müavini Şokirjon Xakimov həbs olunub, onlara qarşı cinayət işi açılıb. Saxlanılan şəxslər iyunun 14-də hakimiyyətin qanunsuz ələ keçirilməsinə cəhd ittihamı ilə həbs olunan Demokratik Partiyanın sədr müavini, keçmiş deputat Saidjafar Usmonzoda ilə yaxın əlaqələrə malik olub.

Onun sözlərinə görə, Demokratik Pariya sədrinin müavini Saidjafar Usmonzodanın əmlaklarına həbs qoyulub.

Baş prokuror istintaqın “məxfi” qrifi altında aparıldığını əsas gətirərək, əlavə detallar barədə açıqlama verməyib.

Seçilən
59
11
heftelik.az

10Mənbələr