AZ

İran İsraili sərt şəkildə cəzalandıracağına söz verdi-SENSASİON AÇIQLAMA

"İranın ruhani lideri Ayətullah Əli Xameneyinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsraili cəzalandırmaq barədə əmri yerinə yetiriləcək". 

Musavat.com xarici KİV-ə istinadən bildirir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, kontr-admiral Əli Fədavi deyib.

Onun sözlərinə görə, sərəncam ən yüksək formada icra olunacaq.

“Ali Rəhbərin İsraili ciddi şəkildə cəzalandırmaq və şəhid İsmayıl Haniyənin qisasını almaq barədə göstərişləri aydın və birmənalıdır. Ali Rəhbərin əmrləri ən yüksək səviyyədə yerinə yetiriləcək, bu gün İranın vəzifəsi budur”, - Fədavi bildirib.

O əlavə edib ki, Yəhya əs-Sinvarın simasında HƏMAS-ın yeni liderini dəstəkləyir. Fədavi vurğulayıb ki, Haniyənin əvəzlənməsi Fələstin hərəkatının mübarizəni davam etdirməyə hazır olduğunu göstərir.

Seçilən
202
6
musavat.com

10Mənbələr