Bakı. Trend:
Noyabrın 13-də İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18yaşlı qız və oğlan şahmatçılar arasında dünya birinciliyinə startveriləcək.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Trend-əverilən məlumata görə, mötəbər yarışda 94 ölkədən 1000-ə yaxınşahmatçı mübarizə aparacaq.
Dünya birinciliyində Azərbaycanı Şiroğlan Talıbov, Aqilİsrailov, Hüseyn Seyid, Rüstəm Rüstəmov, Tunar Davudov, ZiyaHəsənli, Ayan Allahverdiyeva, Səmra Qasımova, Nurtən Nuriyeva,Selcan İsmayıl, Lalə Hüseynova təmsil edəcəklər.
Azərbaycan şahmatçılarından ibarət komandaya məşqçi FəridAbbasov rəhbərlik edir.
Qeyd edək ki, yarışa noyabrın 25-də yekun vurulacaq.