Türkiyəli aktrisa Sinem Kobal illər sonra çəkiliş meydançasına qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə social şəbəkə hesabında bildirib.
Sənətçi “Her şeyin başı Merkür” filmindən paylaşım edib. O layihədə “Elif Akay” obrazına həyat verəcək.
Ekran işində Sinemin tərəf müqabili Alp Navruzdur.
Qeyd edək ki, aktrisa həmkarı Kenan İmirzalıoğlu ilə ailəlidir. Cütlüyün Lalin və Leyla adlı iki qızı var.