AZ

U-21 millimiz Şimali İrlandiya yığması ilə bu arenada qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Avropa çempionatının seçmə mərhələsində daha bir matçının yeri bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, U-21 yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya millisi ilə səfər matçının stadionu müəyyənləşib. F qrupu çərçivəsində oktyabrın 12-də təşkil olunacaq görüş Ballimina şəhərində yerləşən “The Showgrounds” stadionunda baş tutacaq.

Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.

Seçilən
135
arena.az

1Mənbələr