Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Aleksandr Ketraru Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Qeyd edilib ki, ona Ukraynaya verilən F-16-ların Moldova aerodromlarında yerləşdirilməsinin mümkünlüyü ilə bağlı yayılan xəbərlərlə bağlı narahatlıq ifadə olunub.
“Moldovanı neytral qalmağa və Ukrayna böhranının gərginləşməsinə səbəb ola biləcək addımlar atmamağa çağırırıq”, – məlumatda vurğulanır.