AZ

Azərbaycan və Türkiyə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Türkiyə arasında İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir vurğulayıb ki, bu gün ölkədə səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüş keçirilib:

“Görüşdə Azərbaycanda qeyd edilən sahələrdə təlim proqramlarının həyata keçirilməsini və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlərin görülməsini qərarlaşdırdıq”.


Müəllif: Teleqraf.com
Seçilən
68
17
teleqraf.com

10Mənbələr