AZ

Şer Ndur “Beşiktaş”da!

İtaliyanın U-21 yığmasının və Fransa çempionu PSJ-nin gənc yarımmüdafiəçisi Şer Ndur bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi “qara qartallar”ın uğurları üçün çalışacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Qeyd edək ki, Şer Ndur “Benfika”nın yetirməsidir. PSJ onu 2023-cü ilin yayında azad agent kimi heyətinə qatıb və 5 illik müqaviləyə imza atıb. Gənc futbolçu Paris klubunun əsas komandasında cəmi 4 oyuna çıxıb, 1 qola imza atıb. O, ötən mövsümü Portuqaliyanın “Braqa” klubunda icarədə keçirib – 11 oyun, 1 qol.

İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinmiş Ndur 2023-cü ildən U-21-də forma geyinir. O, İtaliyanın gənclərdən ibarət yığmasında 10 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Beşiktaş” mərkəz müdafiəçisi Fransisko Montero ilə də yollarını ayırıb. İspaniyadan olan 25 yaşlı futbolçu azad agent kimi “Rasinq”ə keçib. O, İspaniya klubu ilə 2 illik müqaviləyə imza atıb.

Fransisko Montero 2020-ci ildən “Beşiktaş”ın uğurları üçün çalışırdı. Müdafiəçi İstanbul təmsilçisinin əsas komandasında 46 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Montero karyerası ərzində “Aruka”, “Deportivo”, “Atletiko” (Madrid), “Hamburq” kimi klublarda da forma geyinib. O, İspaniyanın U-21 yığmasında oynasa da, əsas millidə debüt etmək şansı qazanayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
arena.az

10Mənbələr