AZ

Qızdırmaya görə iynə vurulan 4 yaşlı uşaq öldü

Bərdədə qızdırmaya görə iynə vurulan 4 yaşlı uşaq ölüb.

Hadisə rayonun Füzuli küçəsində qeydə alınıb. 2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğluna qızdırması olduğu üçün evdə iynə vurulub. Halı pisləşən uşaq xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Bərdə rayon Mərkəzi xəstəxanasından apa-ya bildirilib ki, 2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğlu rayon mərkəzi xəstəxanasının acil şöbəsinə gətirilib.

Qeyd olunub ki, valideynləri yüksək temperaturla bağlı uşağa müəyyən dərmanlar verildiyini bildiriblər. Xəstəxanada aparılan müayinə zamanı uşaqda yüksək temperatur qeydə alınıb. Müalicənin xəstəxanada davam etdirilməsi barədə valideynlərə bildirilsə də, onlar bununla razılaşmayıblar və həkimin xəbəri olmadan uşağı evə aparıblar. Yenidən uşağın vəziyyəti pisləşdiyindən xəstəxanaya müraciət olunub. Həkimlər onu xilas edə bilməyiblər.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
724
50
azerforum.com

10Mənbələr