AZ

SOCAR-da növbəti qanvermə aksiyası keçirilib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) növbəti qanvermə aksiyası keçirilib.

Qurumdan hafta.az-a bildirilib ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə SOCAR arasında təsdiq edilən qrafikə uyğun olaraq 2023-cü il noyabrın 14-dən 2024-cü il iyunun 13-dək keçirilən qanvermə aksiyasında SOCAR-ın Baş ofis və strukturuna daxil olan 22 müəssisəsi üzrə 2045 əməkdaşı iştirak edib.

SOCAR üzrə bu günə qədər 42 min 609 əməkdaş talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara donorluq edib.

SOCAR növbəti illərdə də “Qan ver, həyat xilas et!” devizi altında keçirilən aksiyalarda fəal iştirakını davam etdirəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
5
hafta.az

6Mənbələr