Çində jurnalistika, təhsil və dövlət qulluğunda çalışan onlarla qazaxlı həbs edilib. Çin hakimiyyəti həbsin səbəbləri, onlara qarşı açılan cinayət işlərinin mahiyyəti və ya şübhələr barədə heç bir məlumat verməyib.
KONKRET.az xəbər verir ki, “Jas Alaş” qəzeti bu mövzuda məqalə dərc edərək Sincanda saxlanılan 22 qazaxının adını açıqlayıb.
Qeyd olunur ki, onların yaxınları bu mövzuda jurnalistlərlə açıq danışmaqdan çəkinirlər, lakin onlar əmindirlər ki, məhbuslar birmənalı olaraq Çin hökumətinə müxalifətçi deyillər və heç bir şəkildə ÇXR-in dövlət quruluşunu təhdid edə bilməzlər.
Qazaxıstan Xarici İşlər Nazirliyi mövzunu şərh etməkdən çəkinib.
İlkanə Şəvəqqət,
KONKRET.az