AZ

11 min qutu toyuq qanadı oğurladı, 9 il həbs cəzası aldı

ABŞ-da 11 min qutu toyuq qanadı oğurlayan qadın 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qayanrinfo xəbər verir ki, 68 yaşlı Vera Liddell İllinoys ştatında 10 il məktəb rəhbərliyində işləyib. O, ərzaq almaq üçün məsuliyyət daşıyıb. 

Pandemiyanın pik vaxtı qadın yemək oğurlamağa başlayıb. Şagirdlər dərsə getmədiyi üçün nahar onların evlərinə göndərilib. Liddell bundan istifadə edib və məktəb pulundan istifadə edərək qida tədarükçüsü "Gordon Food Service"dən artıq ərzaq almağa başlayıb. O, sümüklər səbəbiylə adətən uşaqlara verilməyən minlərlə qutu toyuq qanadları alıb.

Liddell şəxsən hər səhər mikroavtobusda sifariş götürməyə yollanıb. Məhkəmədə o, günahını etiraf edib, lakin artıq yeməyi hara satdığını deməyib. 

Zərər 1,5 milyon dollar, toyuq qanadı qutularının ümumi sayı isə 11 min ədəd olub. Məhkəmə qadını külli miqdarda oğurluq və maliyyə cinayətlərinə görə 9 il müddətinə azadlıqdan məhrum edib.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
qaynarinfo.az

1Mənbələr