Donetsk vilayətinin Toretsk bölgəsində 3 minə yaxın insan qalıb. Hər gün 10-15 nəfər şəhərdən təxliyə olunur.
32gun.az bildirir ki, bu barədə Donetsk Regional Dövlət Administrasiyasının sədri Vadim Filaşkin məlumat verib.
Filaşkinin sözlərinə görə, Toretskdə vəziyyət “çox çətin”dir, lakin şəhər Ukraynanın tam nəzarəti altındadır. Eyni zamanda, Filaşkinin sözlərinə görə, düşmən DRQ-ləri şəhərə soxulur.
Regional Dövlət Administrasiyası rəhbərinin qeyd etdiyi kimi, hələ də şəhərdə qalan 3 min dinc sakin əsasən zirzəmilərdə gizlənir. Onun sözlərinə görə, insanlar “yavaş-yavaş” köçürlər. Təxliyyə “Ağ Mələklər” polis qrupları və Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir.
Nilay
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta