AZ

Lipetsk vilayətində bütün əyləncə tədbirləri ləğv edilib

Lipetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin avqustun 9-na keçən gecə pilotsuz təyyarələrdən istifadə edərək bölgəyə hücum cəhdindən sonra əyləncə tədbirlərinə qadağa qoyulub.

32gun.az bildirir ki, bu barədə qubernator İqor Artamonov teleqram kanalında məlumat verib.

Düşünürəm ki, hər kəs indi əylənməyin yersiz olduğunu başa düşür, buna görə də Lipetsk vilayətindəki bütün təşkilatlara əlavə xəbərdarlıq edilənə qədər bütün kütləvi əyləncə və ya əyləncə tədbirlərinin keçirilməməsi tövsiyə olunur” .

Heç bir açıq əyləncə elementlərinin olmadığı mədəni, təhsil və idman xarakterli tədbirlər üçün istisna edilir. Qurum rəsmisi onların təhlükəsizlik tədbirlərinə ciddi riayət olunmaqla aparılacağını və saat 20:00-a qədər bitəcəyini vurğulayıb.

Nilay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
47
32gun.az

1phrase_var_article.sources