İran İsrail vətəndaşları arasında itkilərin qarşısını almaq üçün Hayfa yaxınlığındakı infrastruktura zərbələr endirə bilər.
Axar.az xəbər verir ki, bu barədə "Blumberq" mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, mülki itkilər İsrailin kəskin reaksiyasına səbəb ola bilər.
"Daha böyük zərbə, ehtimal ki, İsrailin nüvə reaktoru və hərbi obyektlərini əhatə edə bilər", - məlumatda qeyd edilib.