Avqustun 14-nə keçən gecə Ukrayna Rusiyanın dörd hərbi aerodromuna hücum edib.
Axar.az xəbər verir ki, əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Ukrayna Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə birlikdə həyata keçirib.
Qeyd olunur ki, Rusiyanın Voronej, Kursk və Nijni Novqorod vilayətlərindəki aerodromlar hücuma məruz qalıb:
"Xüsusilə “Xalino”, “Savasleyka”, “Borisoqlebsk” və “Baltimor” hərbi aerodromları vurulub. Bu aerodromlarda ordu aviasiyası, Su-34 qırıcı-bombardmançı, Su-35 qırıcıları və digər düşmən hərbi təyyarələri yerləşir. Əsas məhvetmə hədəfləri yanacaq-sürtkü materialları və aviasiya silahları üçün anbarlar olub".