AZ

ABŞ-nin nüvə döyüşü potensialı: Pentaqonun narahatlığı və Baydenin planları

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pentaqon hesab edir ki, nüvə münaqişəsi baş verərsə, ABŞ Rusiya, Çin və Şimali Koreyaya uzun müddət müqavimət göstərə bilməyəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Economist" nəşri yazır.
"Son zamanlar yüksəkrütbəli amerikalı rəsmilərin heyrətamiz bəyanatlarına əsasən, bu suala (ABŞ-nin nüvə münaqişəsində nə qədər müddət döyüşə biləcəyi - red.) cavab belədir: "Ehtimal ki, çox qısa müddət", - deyə nəşrdə qeyd olunub.
Məqalədə bu vəziyyət ABŞ üçün kabus adlandırılıb. Bu narahatlıqlar fonunda ABŞ Prezidenti Co Baydenin administrasiyası ölkənin nüvə qüvvələrinin genişləndirilməsi hazırlıqlarına başlayıb.
ABŞ qüvvələrinin artırılması 2026-cı ildə, ABŞ və Rusiya arasında Rusiya və ABŞ arasında Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilənin (START-III) müddəti bitdikdə başlaya bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
oxu.az

10Mənbələr