AZ

Peruda rusiyalı qadını parçalara ayıraraq öldürən ukraynalı kişi danışdı: "Qeybdən bir səs dedi ki…"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Peruda Vladivostokdan olan 46 yaşlı Lyudmila Lazarenkonu öldürərək parçalayan 38 yaşlı Donetsk sakini İvan Kuzminin ilk məhkəməsi keçirilib.
Bu barədə Oxu.Az News.ru-ya istinadən xəbər verir.
İvan Kuzminin sözlərinə görə, avqustun 8-də Lazarenkonun yerli şaman tərəfindən təlim keçdiyi "Dos Mundos" sağlamlıq mərkəzində onlar birlikdə "ruhlarla ünsiyyət" və "bədəni, ruhu və enerjini təmizləmək" üçün narkotikdən, o cümlədən hallüsinogen içki olan ayauaska dəmləməsindən istifadə ediblər.
Kuzmin deyib ki, tezliklə Lyudmilanın bədəninə "pis ruh" girib və onun "ruhunu əsir alıb".
Bundan sonra o, qeybdən bir səs eşidib. "Lyudanı öldür ki, onun ruhunu xilas edəsən", - deyə səs ondan cinayət törətməsini istəyib.
O, səsə tabe olub və qadını bıçaqlayaraq öldürüb, parçalayıb və yenidən narkotik istifadə edib. Bundan sonra İvan Kuzmin özünün yanında sağlamlıq mərkəzinin işçilərinin peyda olduğunu xatırlayır.
"Şeytanı öldürürdüm", - deyə o, işçilərə bildirib və onun əlini-qolunu bağlayıblar.
Kuzminə qarşı bilmədən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.
Qeyd edək ki, cütlük bir-birini 1,5 ildir tanıyırmış. Öldürülən qadının iki qızı və əri qalıb.
Seçilən
290
50
oxu.az

10Mənbələr