AZ

İctimai Televiziya cərimələndi

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV kanalı) cərimələnib.

Bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, buna səbəb kanalın efirində cari ilin mayın 4-də, saat 13.00-13.24 saat aralığında yayımlanmış “1 şəhər və 24 saat” proqramında qanunvericiliyin tələblərinin pozulması faktıdır:

Qeyd edilib ki, həmin proqramın yayımı zamanı aparıcının masa üzərindəki alkoqollu içkinin xüsusiyyətlərini təsvir etməsi və həmin şəhərə gələndə onun içilməsini tövsiyə etməsi faktı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun müvafiq maddələrinin pozulmasıdır.

"İTV televiziya redaksiyası proqramın yayımı zamanı qeyd olunan qanunvericilik tələblərinə riayət etməmiş və bununla da, Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulub.Bununla bağlı, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 2 avqust tarixində inzibati xəta haqqında protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilmişdir. İşə Yasamal Rayon Məhkəməsində baxılmış və məhkəmənin müvafiq qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti üç min manat məbləğində cərimə edilib".

Seçilən
481
22
azerforum.com

10Mənbələr