AZ

Küçələrdə yaşayan adam necə milyoner oldu?

Harri Sandersin hekayəsi zəhmət və ehtirasın nə qədər mühüm olduğunu göstərən gözəl bir nümunədir.Bolgə.TV xarici mediaya istinadən xəbər verir ki, Melburnda evsiz olan Sanders indi Avstraliyanın ən uğurlu gənc sahibkarlarından biridir və sərvəti 1,5 milyon dollar qiymətləndirilir.Bir neçə il əvvəl, Harri bir körpünün altında yataraq, ac həyat sürüb. Gündüzlər ərzaq dükanlarından qırıntılar yığaraq yaşamağa çalışırıb. Bununla belə, o, proqramlaşdırma sahəsində iş axtarmağa qərar verib. Yalnız məktəb təhsili olsa da, proqramlaşdırmada bacarığını göstərərək İT sahəsində iş tapıb.Sanders ilk dəfə işə qəbul edildikdən sonra vəziyyəti getdikcə yaxşılaşır və öz startapını qurur. Bu startap tezliklə uğur qazanır.Bu gün Harri Sanders gözəl həyat keçirir, səyahət edir, idmanla məşğuldur və işlərini də davam etdirir.Onun hekayəsi, əzmkarlıq və iradə ilə böyük dəyişikliklər əldə etmək mümkün olduğunu sübut edir.

Seçilən
70
2
bolgexeber.com

4Mənbələr