AZ

Aleksandr Sırski: "Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində daha 1-3 km irəliləyib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna silahlı qüvvələri bu gün Kursk vilayətində (Rusiya) daha 1-3 km məsafədə irəliləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Aleksandr Sırskinin bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hücum qrupunun qoşunları döyüşləri davam etdirir.
O, həmçinin Prezident Volodimir Zelenskiyə bildirib ki, general-mayor Eduard Moskalyov artıq Kursk vilayətinin komendantı vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, avqustun 6-da USQ Rusiyanın Kursk vilayətində xüsusi əməliyyata başlayıb. Bu müddət ərzində Ukrayna artıq Kursk vilayətində 82 yaşayış məntəqəsini (1150 kv.km ərazi) nəzarətə götürüb.
Orada general-mayor Eduard Moskalyovun rəhbərlik etdiyi hərbi komendantlıq yaradılıb.
Seçilən
106
50
oxu.az

9Mənbələr