AZ

Boliviyada avtobusun qayaya çırpılması nəticəsində 14 nəfər ölüb

Boliviyanın cənubunda avtobusun qayaya çırpılması nəticəsində azı 14 nəfər ölüb, 18 nəfər yaralanıb.

Bu barədə Tariha şəhər polis komandiri Xose İllanes məlumat verib

İlkin məlumatlara görə, qəza əyləclərin nasazlığı səbəbindən baş verib. Santa Kruz şəhərinə gedən avtobusda sərnişinlərdən başqa iki sürücü və onların köməkçisi olub. Zərərçəkənlər Tariha xəstəxanasına aparılıb.

Boliviya Prezidenti Luis Arse həlak olanların ailələrinə başsağlığı verib

Seçilən
333
33
azerforum.com

10Mənbələr