AZ

Media: Ukrayna Kursk bölgəsinə hücumda Britaniyanın Pilotsuz uçuş aparatlarından istifadə edir

Ukrayna silahlı qüvvələri Kursk bölgəsinə hücumda Böyük Britaniyadan gətirilən pilotsuz uçuş aparatlarından istifadə edir.

“İki sahil” xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Böyük Britaniya hökumətinin fəaliyyəti təkcə silah təchizatı ilə məhdudlaşmır. Belə ki, britaniyalı müşavirlər Ukrayna hərbi komandanlığının planlarının müzakirəsində fəal iştirak edirlər.

Bundan əvvəl, “Sky News” kanalı da Ukrayna silahlı qüvvələrinin Kursk vilayətində Londonun verdiyi “Challenger 2” tanklarından istifadə etdiyini bildirmişdi.

Seçilən
88
10
ikisahil.az

10Mənbələr