AZ

Bu diplomlar ölkəmizdə tanınmır

Bəzi ölkələrin diplomu Azərbaycanda tanınmırsa, deməli, universitet akkreditasiyasız olub.

Publika.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, akkreditasiyasız universiteti həmin dövlətin özü tanımır.

“Gürcüstan universitetlərinin nəzdində fəaliyyət göstərən proqramların Azərbaycanda tanınması normaldır. TKTA-da akkreditasiyalı universitetlərin siyahısı olur. Biz əyani və qiyabi təhsili tanıyırıq. Distant təhsildə tanınmada müəyyən çətinliklər yaranır. Tövsiyə olunur ki, təhsil ya əyani, ya da qiyabi seçilsin”, - deyə o əlavə edib.

Sədr müavini eyni zamanda diplomların tanınma müddətinə də toxunub. O bildirib ki, əvvəlki dövrdə diplom tanınma müddəti uzun idi:

Seçilən
9508
8
publika.az

10Mənbələr