Asiyanın ən dəyərli şirkəti İngiltərə şirkətini satın aldı

Çin şirkəti Tencent, Böyük Britaniyanın Sumo Group-da sahib olduğu səhmlərdən başqa qalan səhmləri də alıb.

Marja xəbər verir ki, Asiyanın ən dəyərli şirkəti olan Tencent Sumo-nun hər səhmi üçün 513 pens ödəyib. Sumo-nun dəyəri 1,26 milyard dollar müəyyən edilib.

Tencent hal-hazırda Sumo-nun 8,75% hissəsinə sahibdir. Qalan hissələr 803 milyon sterlinq edir. Tencent bulud xidməti, oyunlar və video məzmunlardan əldə etdiyi gəliri bu il artırmağı planlaşdırdığını açıqlamışdı.

Sumo, Apple, Xbox Electronic Arts kimi yayımçılar üçün oyunlar yaradır. Sumo-nun direktoru Lan Livingstone etdiyi açıqlamada, "Şirkət Tencentin video oyun ekosisteminden, sektordakı təcrübəsindən və strateji resurslarından faydalanacaq" deyib.

0
44
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar