Avropa Birliyindən NFC çipi və Apple Pay ilə bağlı CƏRİMƏ

Avropa Birliyinin antimonopoliya orqanları iPhone-lardakı NFC çipi və Apple Pay servisi ilə bağlı Apple şirkətini qeyri rəqabətdə günahlandırmaq niyyətindədirlər.

Fins.az xəbər verir ki,bu barədə Reuters saytı xəbər verib. Reuters saytının hesabatına əsasən ittihamlar antimonopoliya orqanları tərəfindən hazırlanır və artıq gələn ilin əvvəlində Apple şirkətinə qarşı yönəldilə bilər. Avropa Komissiyası iPhone-lardakı NFC çipi və Apple Pay servisi ilə bağlı istintaqa keçən  il start vermişdi. Həmin vaxtda komissiya bildirmişdi ki, istintaqın əsas məqsədi Apple şirkətinin kontaktsız ödənişlər üzrə digər xidmətləri bloklamaqla iPhone-lardakı NFC çipinin məhdudlaşdırılmasının ədalətli olub-olmadığını öyrənməkdir.

    Yeni hesabatda isə qeyd edilib ki, Avropa Birliyinin antimonopoliya orqanları NFC texnologiyası ilə bağlı olan qeyri rəqabətçi praktika məsələsində Apple şirkətini günahlandırmağı planlaşdırırlar. Məsələ ilə bağlı detallar bilinməsə də bu, Apple şirkətinin mobil ödənişlər sistemini digər şirkətlər üçün aktivləşdirə bilər. Apple şirkətinin uzun illər ərzində iPhone modellərindəki NFC çipini hamı üçün tədricən aktivləşdirməsinə baxmayaraq Apple Pay servisinin iOS-ə inteqrasiyası ilə müqayisədə kənar şirkətlər üçün inteqrasiya prosesi çox qəliz reallaşdırılır. Məsələn iPhone NFC skanerinə yaxınlaşan zaman həmin anda Wallet və Apple Pay interfeysləri ortaya çıxırlar. Kənar şirkətlər üçün isə bu cür imkan reallaşdırılmayıb.

Mənbə:
0
326
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar