• Şikayət et

Avropada xoreya epidemiyası: günahkar Rusiyadır

Baqajların üzərindəki SVO (Moskva, Şeremetyevo) etiketinə gömrük işçilərinin şübhəli baxışlarından tutmuş "ruslar yenə "Sputnik V"-nin Avropa İttifaqında (Aİ) qeydiyyatı üçün lazımlı sənədləri göndərməyiblər" bəhanəsinə kimi, "qaz şantajı"ndan tutmuş RT jurnalistlərinin Aİ ölkələrində təzyiqlərə məruz qalmasına kimi, ölkəmizi dağıtmağa çalışanları dəstəkləmək üçün verilən çoxmilyonlu qrantlardan təhdidlərə qədər: xoreya xəstəliyi (qeyri-rəsmi adı; "müqəddəs Vitta rəqsi") insanı necə silkələyirsə, indi rusofobiya da Avropanı bu sayaq sarsıdır.
Hərçənd ki, bildiyimiz kimi, sevgidən nifrətə (rusofobiya yalnız qorxunun deyil, həm də potensial nifrətin təzahürüdür) bircə addım yol var. Amma Avropanın bu addımı atmasına iki yüzillikdən çox vaxt tələb olundu.

... Bəs onun bizi necə sevdiyini xatırlayırsınızmı? Necə humanitar yardım göndərirdi?
Hələ üstəlik, Avropa başımıza ağıl qoymağa da çalışırdı, deyirdi ki, hər şeyin günahkarı özümüzük, çünki ölkədə hamının və hər şeyin axırına çıxan "QULAQ" yaratmışıq.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bütün bunlar Rusiya "incəsənəti"nin təbliğatı ilə müşayiət olunurdu - festivallar, sərgilər və s. Amma nümayiş üçün seçilənlər əks-tezisi təsdiqləyirdi: "ruslar məqsədləri özlərini və başqalarını məhv etmək olan vəhşilərdir".
Qeyd edək ki, bu, Qərbin öz-özünü soyuq müharibənin qalibi elan etməsindən sonra baş vermişdi.
Həmin müddətdə Rusiya bu cəhənnəmdən bacardığı kimi çıxdı. Düzünü desək, həmin cəhənnəm təkcə o dövrdə ölkə rəhbərliyinin yol verdiyi səhvlərin və ya "Oqonyok", "Moskovskie Novosti"-nin qızışdırdığı isterikanın (Bu nəşrlərdə istənilən məqalə "Daha böyük cəhənnəm!" devizi altında çap olunurdu) nəticəsi deyildi, həm də ölkədə qəsdən xaos toxumu səpənlərin qarşısına qoyduğu əsas məqsəd idi.
Onlar özləri Avropanın gözəl mənzərələrinə açılan rahat ofislərində oturaraq yalnız bir şeyi - mümkün qədər aşağı qiymətə bizim resurslara əllərinin çatmasını arzulayırdılar.
Madrid və ya Florensiyadakı səyahətlərindən qayıdan Rusiyanın "liberal cəmiyyəti" oradakı rifahdan dəm vururdu. Halbuki geoloji səbəblərdən, demək olar ki, bütün təbii sərvətlərdən məhrum olan Avropanın çiçəklənməsinin əsasında müstəmləkəçilik siyasəti dayanırdı. Odur ki, ən kiçik siyasi tərəddüd belə, bu zəngin qitəni təxminən bir həftəyə diz üstə çökdürə bilərdi: məsələn, 70-ci illərin əvvəllərindəki neft embarqosunu xatırlayın.
Hərçənd, Avropa İttifaqı və hətta ona kiçik tərəfdaş qismində birləşməyi azrulayanlar belə, Rusiyanın ünvanına nəvazişli sözlər söyləməyə davam edirdilər (biz də həmin sözlərə inanırdıq), işə gələndə isə hər şey fərqli olurdu.
Onlar bilirdilər ki, xaricdə milenium təbii resurslar uğrunda savaşla başlayır və bir qədər uzaqgörən Rusiya siyasətçiləri də bunu başa düşürdülər.
O, ayrı məsələ idi ki, onlar bizim xammal satışından əldə etdiyimiz vəsaiti "saqqıza və cins şalvara" (elə həmin "Oqonyok"da bizi başa salırdılar ki, bütün bunlar azadlıq rəmzidir) xərcləyəcəyik. Biz isə həmin pulu müasir ordunun qurulmasına, yolların tikintisinə, şəhərlərin abadlaşdırılmasına, təhlükəsizlik doktrinasının işlənib-hazırlanmasına, bir sözlə, Avropa bürokratlarının və Amerika qlobalistlərinin fikrincə, ixtiyarımız olmayan şeylərə sərf elədik.
Üstəlik, biz nə qədər çətin də olsa, Avropa reallığının gözünün içinə baxmağı bacardıq, həmin gözlərdə isə artıq mərhəmət və nəvaziş yox, paxıllıq var idi.
Kollektiv Qərb özünü Nabokovun kolbasaçı ilə qonşu olduğunu düşünən, amma sonradan həmin kolbasaçının üstəlik, həm də dahi şair olduğunu öyrənən qəhrəmanı kimi aparırdı. Bax, kollektiv Qərb Rusiyaya məhz buna, "kolbasaçı" rolundan imtina etdiyinə görə nifrət bəsləyirdi.

Sən demə, nifrət irrasional hiss imiş və Avropa özünü bu hissdən arındırmalıdır. Bununla belə, emosiyalar ağıla üstün gəlməyə davam edir.
Bu gün Rusiyaya ona görə nifrət edirlər ki, o, özünü qoruyub saxlamağı, millət kimi müdafiə etməyi bacardı. Ona görə nifrət edirlər ki, bütün dünyada qeyri-sabitliyin hakim olduğu bir vaxtda Rusiya əvvəl büdrəsə də, sonradan əlhavasına öz yolunu tapa bildi. Üstəlik ağır konfliktlər və böhranlardan çıxış yolu axtaranlara arbitrlik etməyi, yardım göstərməyi də bacardı.
Rusiya yeni dövrün gətirdiyi çağırışlara tamamilə açıq olmaqla yanaşı, öz dəyərlər sistemini qoruyub saxladı.
Bizi hesabdan sildikləri vaxt, "regional benzindoldurma məntəqəsi" olmaqdan başqa bir işə yaramadığımızı düşündükləri zaman gülümsəyərək işimizə davam elədik. Axı heç kim bilməsə də, biz nəyi niyə, kimə görə etdiyimizi yaxşı bilirik.
O ki qaldı rusofobiyaya, əlbəttə, tərbiyəli, təhsilli, sağlam düşüncəyə sahib insanların "müqəddəs Vitta rəqsi"ni izləmək bir o qədər də xoş deyil. Ancaq hər bir həkim yaxşı bilir ki, istənilən isterika ona fikir verilməyəndə daha tez başa çatır.
Bir də ki, hər kəsin öz işi var: biz ölkəmizi qurub-yaradırıq, onlar isə baxıb nifrət edir. Həm köhnə, həm də yeni Avropa tarixinə bələd olan hər kəs bu vəziyyətdə kimin qalib gələcəyini yaxşı bilir.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!
Mənbə:
0
237
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar