• Şikayət et

Avstraliya komandasının üzvü vurduğu qolu oğluna həsr etdi - FOTO

Avstraliya millisinin üzvü Mitçel Dyuk DÇ-2022-nin 2-ci turunda vurduğu qolu oğluna həsr edib. 

Bizim.Media xəbər verir ki, bu barədə futbolçu özü bildirib.

O, qeyd edib ki, Tunislə oyunda (1:0) qolu oğlu üçün vurub.

Uşaq həmin vaxt atasının oyununu izləmək üçün stadiona gəlib. Lakin Dyuk və oğlu 6 ay idi ki, bir-birlərini görmürdülər. Mitçel qol vurduğu an operatorlar onun oğlunu nümayiş etdiriblər.

Futbolçu isə komandasının yeganə qələbə qolunu oğluna həsr etdiyini deyib:

"Dünya kubokunda iştirak üçün heyət açıqlananda oğlumla danışırdım. Bir hücumçu kimi matçda qol vuracağına inam lazımdır. Oğluma dedim ki, qol vuran kimi ona həsr edəcəyəm".

Bizim.Media

Mənbə:
0
52
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar