Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Y.Soltenberq Tviter səhifəsində yazıb.

“Dəyərli müttəfiqimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Finlandiya və İsveçin NATO-ya müraciətlərini müzakirə etdik. Gələn həftə Brüssel və Madriddə danışıqları davam etdirməyə razılaşdıq”, - Y.Stoltenberq bildirib.

Moldova hakimiyyətini Rusiyaya qarşı sanksiyalara qoşulduğu təqdirdə bunun nəticələri onlar üçün yaxşı olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medveydev öz Teleqram səhifəsində yazıb.

“Moldova hakimiyyəti lokomotivdən qabağa keçib, Avropa Birliyinə xoş gəlmək üçün təşkilata qoşulmadan AB-nin Rusiyaya sanksiyalarına qoşulmağa belə hazırdır. Qoy onlar cəhd etsin. O zaman 100% əmin ola bilərlər ki, bizdən nəinki enerji, hətta digər resursları belə ala bilməyəcəklər. Onlar hələ ittifaqa daxil olmamış sanksiyalardan həzz almağa davam etsinlər”, - Medvedyev vurğulayıb.

Əfsanəvi rok qrupu "Pink Floyd" bir sıra mahnı və albomlarının müəllif hüquqlarını 500 milyon dollara satışa çıxaracaq.

Kult.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Həmçinin musiqiçilər qrupun brendi altında suvenirlər istehsal etmək hüquqlarını da satır.

Məlumata əsasən, “Pink Floyd”un müəlliflik hüquqlarını almaq üçün əsas iddiaçılar “Sony Music Entertainment” və “Warner Music Group Corp” şirkətidir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus BE-200ÇS amfibiya tipli təyyarə Türkiyənin Muğla əyalətinin Marmaris bölgəsində yanğınların söndürülməsində fəaliyyətini uğurla davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Moskva və bütün Rusiyanın patriarxı Kirill (Vladimir Qundayev) iyunun 25-də Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, mühafizəçiləri, protokol xidməti və onun yanında duranlar Kirillin yıxılmasının qarşısını ala bilməyib.

Patriarxın yıxılmasına səbəb koronavirusun olduğu deyilir.

Pandemiya ilə əlaqədar Kirill ona yaxınlaşmağı qadağan edib.

26 İyun - Azərbaycanın Silahlı Qüvvələr günü ilə əlaqədar hərbi orkestrlərin Bakı şəhərinin küçə və prospektlərində, 5 marşrut üzrə yürüş keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Məlumata görə, yürüşün hərəkət trayektoriyası ilə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətlə əlaqədar 33 müntəzəm marşrut xətti üzrə (1, 2, 3, 4, 5, 6, 10, 14, 17, 18, 21, 30, 32, 33, 37, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 88, 96, 125, 127, 175, 205, 206, 88A və H1 nömrəli marşrutlar) avtobusların hərəkəti alternativ küçələrdən keçməklə təmin olunacaq.

Türkiyənin məşhur aktyoru Ərkan Petekkaya serial çəkilişi zamanı infarkt keçirib.

Axar.az xəbər verir ki, hadisə aktyorun “Son gün” adlı yeni serialının çəkilişi zamanı baş verib.

Petekkaya təcili xəstəxanaya çatdırılıb.

Baş verən hadisədən sonra serialın çəkilişlərinin ləğv olunduğu bildirilir.

Qeyd edək ki, hazırda aktyorun səhhəti yaxşıdır.

Ukraynada hərbi münaqişə çox güman ki, danışıqlar masasında bitəcək.

Axar.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq “Le Pais” nəşrinə müsahibəsində deyib.

“Biz Ukraynanın mövqeyinin maksimum güclü olmasını təmin etməli, onun suveren və müstəqil Avropa dövləti olaraq qalması üçün kömək etməliyik və buna görə məsuliyyət daşıyırıq”, - Stoltenberq bildirib.

NATO Baş katibi həmçinin bildirib ki, Rusiya və NATO total müharibə vəziyyətində deyil.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Zakir Samiddin oğlu Ağayevə

general-mayor Azər Əli oğlu Əliyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Nicad Kamandar oğlu Qarayevə

polkovnik Akif Səməndər oğlu Pirverdiyevə

polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmova

polkovnik Eldəniz Telman oğlu Yəhyayevə

polkovnik Zaur İlham oğlu Zeynalova

“tibb xidməti general-mayoru” hərbi rütbəsi

tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevə.

Marmaris ilçəsinin Muğla bölgəsində baş verən meşə yanğını tamamilə nəzarət altına alınıb və gün ərzində soyutma işləri davam edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi açıqlamasında deyib.

Qeyd edək ki, meşə yanğını törədən şəxs artıq saxlanılıb.

O ki səhrada adamın təpəsinə gün vurur, gün vurduqca ilğım görünür, elə hey yaşıl bir vahəyə tərəf təngnəfəs gedirsən, amma heç vaxt çata bilmirsən və yaxud da ki, elə bil dəhşətli bir yuxunun içindəsən, dalınca atlı gəlir, tunelin ucunda bir işıq var, əlini uzatsan işığa çıxacaqsan, ancaq nə yuxudan oyana bilirsən, nə arxandakı atlı gəlib başını kəsir, nə də ki işığa çıxa bilirsən ha, bax, bizim orta aylıq maaşla deputatlarımızın maaşının arasındakı uçurum da eləcə dərinləşir, onlar bizdən tunelin ucundakı işıq kimi uzaqlaşırlar, elə bilirik əlimiz çatacaq...

İndi bizim işimiz qalıb Allaha (ya da bəndəyə). Sıravi bir azərbaycanlının orta aylıq əmək haqqı “manat-manat” artanda vəzifəli şəxslərimizin maaşı “avro-avro” artır. Özünüz də bilirsiniz də, avro bizim puldan hardasa 2 dəfə çoxdur. Heç kimin toxunmaq istəmədiyi, ya da toxuna bilmədiyi məqam ondan ibarətdir ki, ortada bir artım var, amma faizlə. Bilənlər bilir, bilməyənlərçün də deyim ki, Azərbaycandakı minimum əmək haqqı 300 manat, orta aylıq əmək haqqı isə 765 manatdır. İnşallah ki, bu orta aylıq əmək haqqının hesablanmasının məntiqi aşağıdakı düsturla deyil:

(Sıravi vətəndaş x kələm + məmur x kotlet): manat = kələm dolması.

Qayıdaq faizə...

Bu faiz ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki vacib. Minimum əmək haqqını 20 faiz, deputatın maaşını 48 faiz qaldıranda aradakı uçurumun bir az da dərinləşəcəyini düşünmək üçün yəqin ki, elə də güclü riyazi biliyə ehtiyac yoxdur. Əvvəllər deputatların aldığı əmək haqqı ilə minimum əmək haqqı arasındakı fərq 1473 manat idi (1743-300). Deyək ki, minimum əmək haqqını deputatların maaşındakı artım kimi lap 48 faiz də artırsaq (əgər artırsaq), əlimizə keçəcək pul 444 manat olacaq. O zaman da arada yaranan fərq 2041 manat olur (2485-444). Hələ mən deputatların maaşına əlavə edilən və vergi tutulmayan 4970 manat vəsaiti və 1243 manatı, xidməti avtomobilləri, diplomatik pasportları, müxtəlif mükafatları, saysız-hesabsız imtiyazları hesablamıram, sağlıqlarına qismət, xeyir işlərə xərcləsinlər (imkan olanda da xalqa).

Bunu da deyim, ürəyimdə qalmasın, haradasa qulluqçunun ağadan daha yaxşı yaşadığını eşitmisiniz?

Dövlət qulluqçusunun xalqdan daha yaxşı və imtiyazlı yaşaması vəzifənin adı ilə tərs-mütənasiblik təşkil edir. İndi kimsə qayıdıb deyəcək ki, vəzifənin adı “dövlət qulluqçusu”dur, “xalq qulluqçusu” deyil. Amma hakimiyyətin və dövlətin mənbəyinin xalqa əsaslandığı bir yerdə ağa xalqdır, qulluqçu isə xalqın seçdiyi insanlar. Millət vəkili xalqın rifahını, yaşayış səviyyəsini qaldırmaqla məşğul olmalıdır, ilaşırı maaşlarını qaldırmağı müzakirə edib, elə birinci oxunuşdan da onu qəbul etməklə yox.

Bu yerdə Uruqvayın prezidenti Xose Muxikanı yada salmamaq günah olar. Dövlət tərəfindən təyin edilən 12500 dollardan imtina edib özünə 1250 dolların da bəs edəcəyini düşünən və bu fikirdə onu dəstəkləyən bir xanıma sahib bir insanla özümüzküləri bir tərəziyə qoymuram. Mən demirəm ki, bizim məmurlar və vəzifəli şəxslər bu “dünyanın ən kasıb prezidenti” ünvanını almış möhtərəm insan kimi təvazökar həyat tərzi sürsünlər. Ən azından, onun həyatından, bir nəticə çıxarıb “xərclərini” azalda, sıravi insanların yaşadığı həyata yaxın bir həyat yaşamağa başlaya bilərlər...

Hava Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov və Cənub Qüvvələr Qrupunun komandiri və ordu generalı Aleksandr Dvornikovun (“Hələb qəssabı”) da daxil olduğu bir neçə general iyunun əvvəllərində vəzifələrindən uzaqlaşdırılıb.

Axar.az xəbər verir ki, belə bir iddia ilə Böyük Briyaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatları əsasında çıxış edib.

Bildirilib ki, Rusiya Severedonetskdə hədəfinə çatmaq üçün ordunu yenidən komplektləşdirir.

Qeyd edək ki, Andrey Serdyukov bundan öncə Britaniyanın sanksiya siyahısına salınmışdı.

“Hələb qəssabı” ləqəbi ilə tanınan Aleksandr Dvornikova isə iyunun 10-na qədər ya Severodonetski tam ələ keçirmək, ya da Lisiçansk-Baxmut magistral yolunu tamamilə kəsib nəzarət altına almaq tapşırığı verildiyi haqda məlumat yayılmışdı.

Ağdamda Xaçınçay çayına gələn sel içərisində sərnişin olan çaydan keçmək istəyən VAZ-2107 markalı avtomobili aparıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, hadisəni görən İlqar adlı şəxs özünü çaya ataraq avtomobildə olanları xilas edib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları avtomobildə olan Elyanə Əhmədova və Aminə Quliyevanı, eləcə də onları xilas edən İlqar adlı şəxsi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Ukrayna ordusu Donbasda 5 yaşayış məntəqəsini rus işğalçılardan azad edib.

Axar.az xəbər verir ki, bu barədə məlumat "Ukraine War Map” Tvitter səhifəsinin yaydığı xəritədə əksini tapıb.

İşğaldan azad edilən kəndlər Zolotaya Niva, Preçistovka, Novomayorskoe, Şevçenko və Yeqorovkadır.

ABŞ Prezidenti Co Bayden G7 və NATO sammitlərində iştirak üçün Avropaya səfərə gəlir.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

ABŞ lideri 26-28 iyun tarixlərində Almaniyanın Bavariya əyalətindəki Elmau qəsrində baş tutacaq G7 sammitində, iyunun 28-30-da isə Madriddə keçiriləcək NATO sammitində iştirak edəcək.

Qeyd edək ki, görüşdə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi, qlobal inflyasiya böhranı, artan enerji qiymətləri, Çinlə münasibətlər, həmçinin Finlandiya və İsveçin NATO-ya daxil olması məsələsi gündəmin əsas mövzuları olacaq.

İyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.

Bu barədə Axar.az-a Dövlət Xidmətindən məlumat verilib.

Vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Bununla yanaşı müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur.

Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncam imzalayıb. 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları sərəncama əsasən 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyunun 25-i saat 11:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin şimal və qərb rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan leysan yağış nəticəsində iyunun 24-də saat 22:00 radələrində Əyriçay-Başdaşağıldan (Oğuz) sel keçib.

Hazırda Ceyrançöl, Balakən rayonlarında yağış yağır.

Düşən yağışın miqdarı Göygöldə 23.0 mm, Şahdağda 13.0 mm, Xınalıq, Mingəçevirdə 12.0 mm, Oğuzda 11.0 mm, Qəbələdə 9.0 mm, Sarıbaş, Qrızda 8.0 mm, Şəkidə 6.0 mm, Daşkəsən, Zaqatala, Ağstafada 5.0 mm, Gəncədə 4.0 mm, Şərur, Gədəbəy, Tovuz, Kişçay, Ləzə, Balakən, Qubada 2.0 mm, Qusar, Şəmkir, Naftalan, Sədərək, Yevlax, Sumqayıtda 1.0 mm-dək olub.

İyunun 24-də saat 21:20 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndinə xırda dənəli dolu düşüb.

İyunun 24-də Bakıda iqlim normasından 2.0° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 26-31° isti, Naxçıvan MR-da 31-36° isti, dağlıq rayonlarda 18-23° isti, aran rayonlarında 29-34° isti olub.

İyunun 29-dək əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Altı Kəlbəcər məktəbində direktor müavinləri vəzifələrindən azad ediliblər.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, buna səbəb həmin şəxslərin ali təhsilli olmamalarıdır.

Kəlbəcər Rayon Təhsil Şöbəsindən faktı təsdiq ediblər.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər xilas edilib, Şəki şəhərində "ЗИЛ" markalı yük avtomobilinin aşması nəticəsində 1963-cü il təvəllüdlü Mahir Zakir oğlu Hacırəhimov un meyiti deformasiyaya uğrayan avtonəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

10:45

Dünya birjalarında neft qiymətləri kəskin bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 113,12 dollara, yüngül neftin bir barreli 107,62 dollara, "Azəri Layt" markalı Azərbaycan neftinin 1 barreli isə 121,43 dollara təklif olunur.

Fransada yaşayan və bu ölkəni təmsil edən Azərbaycan əsilli boksçu Murad Əliyev doğma Vətəninə qayıdıb.

Axar.az Oxu.Az-a istinadən xəbər verir ki, II Avropa Oyunlarının gümüş mükafatçısı, Tokio Olimpiadasının iştirakçısı olmuş, hazırda peşəkar boksla məşğul olan idmançı Bərdədə və Ağdamın Sarıcalı kəndində olub.

26 yaşlı idmançı Sarıcalı kəndində milli mətbəximizin bəzəyi sayılan kabab bişirib və onun dadına baxıb.

Qeyd edək ki, Murad Əliyev Rusiyanın paytaxtı Moskvada doğulub və daha sonra ailəsi ilə Fransaya köçüb.