Axıska türkləri “YAŞAT” xeyriyyə marafonunu dəstəkləyirlər

Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə keçirilən "YAŞAT" xeyriyyə marafonuna Dünya Axıska Türkləri Birliyi (DATÜB) də qoşulub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, DATÜB-ün dünya üzrə nümayəndəlikləri və müxtəlif ölkələrdə yaşayan Axıska türkləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrini və sağlamlıqlarını itirmiş qəhrəman qazilərin normal həyata dönüşünü bərpa olunmasını dəstəkləmək məqsədilə “YAŞAT” xeyriyyə marafonuna öz töhfələrini veriblər. Nəticədə 2021-ci il mayın 25-dək 22 min 355 ABŞ dolları məbləğində vəsait “YAŞAT” marafonu çərçivəsində müvafiq hesaba köçürüləcək.

Kampaniyada Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna, Rusiya, ABŞ və Gürcüstandan 4733 Axıska türkü fəal iştirak edib. Onlar bildiriblər ki, harada yaşamalarından asılı olmayaraq, bütün varlıqları ilə hər zaman Azərbaycanın yanındadırlar.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Birinci və İkinci Qarabağ müharibələrində şəhid olanlar arasında Azərbaycanda yaşayan Axıska türkləri də var. 1993-cü il aprelin 18-də Gədəbəy rayonunda döyüşlərdə şəhid olmuş baş leytenant Aznaurov İsgəndər Söhrab oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Mənbə:
0
94
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar