Azarkeşləri "Liverpul"u boykot edəcək

"Liverpul”un Avropa Superliqasına qatılması klubun azarkeşlərinin narazılığı ilə qarşılanıb.

Sport7.az xəbər verir ki, "qırmızılar”ın fanat qrupu bu turnirdə iştirak qərarı səbəbindən "Enfild Roud” stadionunun qarşısına plakatlar asıblar.

Həmçinin bayraqlarını arenanın tribunalarından çıxartdıran fan-klub bununla bağlı bəyanat yayaraq "Liverpul”u boykot edəcəklərini vurğulayıb: "Rəhbərlər, klublar, menecerlər: həqiqətən də, klubların maraqlarını, yoxsa yalnız bank hesablarınızı düşünürsünüz? Tamahkar maraqlarını futbolun bütövlüyündən üstün tutan kluba dəstək olmayacağıq”.

Avropa Superliqasında "Liverpul”la yanaşı, "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Çelsi”, "Arsenal”, "Barselona”, "Atletiko”, "Real”, "Milan”, "İnter” və "Yuventus”un iştirakı təsdiqlənib.
 
Sport7.az
Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
13
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar