UNEC-in elmi nəşri olan “Azərbaycan Dövlət İqtisad Universitetinin elmi xəbərləri” jurnalı növbəti sayı üçün məqalə qəbulunu davam edir.

Müəlliflər jurnalın şərtlərinə uyğun tərtib olunmuş məqalələrini elmixeberler2018@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Jurnalın digər sayları ilə qeyd edilən linkinə keçid edərək tanış olmaq mümkündür: https://unec.edu.az/tedqiqat/elmi-jurnallar/

Tədqiqatçılar istinad etmək üçün UNEC elmi jurnallarının və universitet əməkdaşlarının nüfuzlu elmi bazalarında olan məruzə və məqalələrindən aşağıdakı linklərə keçid edərək istifadə edə bilərlər.

UNEC Google Scholar

NEC Research Gate

UNEC The journal of Economic Sciences: Theory and Practice

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri

Əlavə məlumat: (012)492 78 70

Altı Kəlbəcər məktəbində direktor müavinləri vəzifələrindən azad edilib.

Buna səbəb həmin şəxslərin ali təhsilli olmamalarıdır.

Kəlbəcər Rayon Təhsil Şöbəsindən faktı təsdiq ediblər.

Qeyd edək ki, ötən ilin sonu Kəlbəcər Rayon Təhsil Şöbəsinə yeni rəhbər təyin edilib. Buna səbəb kimi sözügedən bölgədə təhsildə qanunsuz fəaliyyətlə mübarizənin qarşısının alınması göstərilir. Kəlbəcər Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsini Namiq Rəcəbov icra edir.

Modern.az

UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə mövcud ixtisaslar üzrə dünyanın aparıcı mütəxəssislərinin müəllifi olduğu türk dilində 150-yə yaxın kitab daxil olub.

AzEdu.az xəbər verir ki, kitablar Nobel, Beta, Seçkin, Palme yayın evi, Papatya, Kodlab, Sidas kimi nüfuzlu nəşriyyatlarda çap edilib.

Nəşrlər rəqəmsal biznes, “smart” idarəetmə, maliyyə, mühasibat, mikro və makro iqtisadiyyat, idman iqtisadiyyatı, mühəndislik, proqramlaşdırma və kompüter şəbəkələri, elektron dizayn, rəqəmsal marketinq, özünü inkişaf, əmək və əməyin mühafizəsi, sosial xidmətlər və s. mövzuları əhatə edir.

UNEC-də tədrisin türk dilində də həyata keçirildiyini nəzərə alsaq müvafiq sahələr üzrə təhsilalanlar, tədqiqatçı və professor-müəllim heyəti üçün həmin kitablar faydalı mənbə hesab edilir.

Kitablarla yaxından tanış olmaq istəyənlər UNEC-in tədris binalarında yerləşən kitabxanalarına müraciət edə bilərlər.

V ixtisas qrupu istisna olmaqla, oğlan və qızların ixtisas qruplarına münasibətləri fərqlidir. Əvvəlki illərdə olduğu kimi, ötən il də orta hesabla, hər iki bölmənin oğlan abituriyentinin istəyi ən çox “Riyaziyyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarınadır.

Azərbaycan bölməsində oğlanların 74.24 faizinin, rus bölməsində isə 77.34 faizinin istəyi bu iki ixtisas qrupuna yönəlib. Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir. Bununla belə, qeyd etmək lazımdır ki, oğlanların I ixtisas qrupuna istəyi II qrupa nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir.

Baxmayaraq ki, 2020-ci ildə 2018-ci və 2019-ci illərlə müqayisədə hər iki bölmədə oğlan abituriyentlərin II ixtisas qrupuna maraqları bir qədər zəifləmişdi, cari ildə bu ixtisas qrupuna olan maraq yenidən artmışdır.

Bu barədə 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatında məlumat verilib.

Hesabatda bildirilir ki, orta hesabla, qız abituriyentin humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna istəyi daha yüksəkdir. Qız abituriyentlər “İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) az maraq göstəriblər. Əvvəlki illərdə rus bölməsinin qız abituriyentləri II ixtisas qrupuna daha çox maraq göstərirdilər və son illərdə onların da oğlanlarda olduğu kimi, bu ixtisas qrupuna meylində azalma müşahidə olunub. Lakin rəqəmlər rus bölməsinin qız abituriyentlərinin II ixtisas qrupuna maraqlarının yenidən artdığını göstərir. 2018-ci ildə rus bölməsindəki qız abituriyentlərin 23.08 faizi, 2019-cu ildə 19.37 faizi, 2020-ci ildə 17.82 faizi, 2021-ci ildə isə 20.10 faizi II ixtisas qrupunu seçib. IV ixtisas qrupunda qızların ixtisas maraqları (istəkləri) oğlanların maraqlarından 2.62-3.03 dəfə yüksəkdir. Onu da qeyd edək ki, IV qrup üzrə ixtisas seçimi mərhələsində iştirak edən qız abituriyentlərin sayı oğlanlardan 3.08 dəfə yüksək olub.

24 iyun 2022-ci il tarixində Qubanın Alekseyevka kənd tam orta məktəbində sertifikasiya imtahanı ilə əlaqədar ibtidai sinif müəllimləri ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşün məqsədi sertifikasiya imtahanı ilə bağlı müəllimlərə dəstək göstərməkdir. Görüşdə qiymətləndirmə çərçivəsi müəllimlərə şərh edilib, imtahanın məzmunu və təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Görüşün əvvəlində ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək imtahanın məqsədi haqqında ətraflı məlumat verib.

İRM-in direktoru Nurlan İsmayılbəyli imtahanın təşkili qaydaları ilə bağlı sualları cavablandırıb.

MDPİM-in direktoru Nəzakət Mehdiyeva isə imtahana hazırlaşmaq üçün mənbələr haqqında danışıb.

Daha sonra Bakı Avropa Liseyinin müəllimi Pərvinə Qədimova və 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülüstan Vəliyeva tərəfindən imtahanın ixtisas üzrə məzmunu, MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova tərəfindən isə pedaqogika və metodika üzrə məzmunu şərh edilib.

Görüş müzakirə və sual-cavab formatında keçirilib.

Qeyd edək ki, bu tip görüşlərin mütəmadi olaraq sertifikasiya imtahanı keçiriləcək digər regionlarda da təşkili nəzərdə tutulur.

Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov, MDPİM-in direktoru Nəzakət Mehdiyeva, İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup müəllimimizlə görüşüb.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazir müavini görüşdə 26 iyun- Silahlı Qüvvələr günü münasibəti ilə onların bayramlarını təbrik edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 205 nömrəli tam orta məktəbdə “Təhsilimiz: dünəndən sabaha” kitabının müzakirəsinə həsr olunmuş “Dəyirmi masa” keçirilib.

AzEdu.az xəbər verir ki, “Dəyirmi masa”da BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti, kitabın müəllifi Asif Cahangirov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları iştirak ediblər.

Kitab haqqında fikirlərini bildirən məktəb direktorları ayrı-ayrı bölmələr üzrə təhlillər aparıb, kitabda məktəb idarəetməsi sahəsində diqqətə çatdırılan əsas istiqamətlərə dair diskusiya aparıblar.

Kitabın müəllifi Asif Cahangirov bildirib ki, “Təhsilimiz: dünəndən sabaha” kitabı bütün sosial kateqoriyalardan olan və təhsil problemlərinə maraq göstərən oxuculara ünvanlanıb. Yaşından, təhsil səviyyəsindən, peşəsindən və ixtisasından asılı olmayaraq, kitabdan hər bir şəxs, xüsusilə təhsil idarəediciləri və təhsil sahəsində çalışan mütəxəssislər, ali və orta məktəb müəllimləri və tələbələr əhəmiyyətli dərəcədə faydalana bilər.

BŞTİ müdiri Mehriban Vəliyeva “Təhsilimiz: dünəndən sabaha” kitabını təhsil sahəsinə verilən böyük töhfə kimi dəyərləndirib. Qeyd edib ki, Asif Cahangirov bu kitabla beynəlxalq təcrübə nümunələrinə əsaslanaraq təhsilə və onun təşkilinə, eləcə də bir sıra aktual məsələlərə toxunub, təhsilimizin gələcək perspektivləri ilə yanaşı, mövcud problemlərini də diqqətə çatdırıb. M.Vəliyeva kitabın sadə, anlaşıqlı dildə, dialoji formada yazılmasını yüksək qiymətləndirib.

Daha sonra ümumi təhsilin aktual məsələləri, “Səriştə nədir?”, “Səriştəəsaslı təhsil necə olmalıdır?”, “Məktəb şagirdlərinə hansı səriştələr aşılanmalıdır?”, “Ümumi təhsilin qarşısında duran məqsədlərə necə nail olmaq olar?”, “Yaxşı direktor kimdir?”, “Müasir müəllim necə olmalıdır?” mövzularında müzakirələr aparılıb.

Müzakirələr çərçivəsində çıxış edən Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov, BŞTİ-nin sektor müdirləri Günay Qurbanova, Anar Mustafazadə, Fuad Babayev, Bəşarət Məmmədov və məktəb direktorları kitabın əhəmiyyəti, öyrədici imkanları, sistemli və əsaslı nümunələrlə zənginliyini vurğulayıblar. Qeyd olunub ki, bu kimi müzakirələrin təşkili səmərəli məktəb mühitinin formalaşdırılmasında və səriştəliliyin artırılmasında yeni yanaşmaların tətbiqinə imkan verəcək.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin basketbol komandası ilə görüş keçirib.

AzEdu.az xəbər verir ki, rektor ölkədə basketbolun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, AzTU-nun basketbol komandasının respublika və beynəlxalq miqyaslı yarışlara hazırlaşmalarını təmin etmək prioritet istiqamətlərdəndir.

Görüşdə komandanın fəaliyyəti ilə bağlı görülən işlər barədə məlumat verilib, perspektiv inkişaf ilə bağlı idmançı və məşqşilərin təklifləri dinlənilib. Rektor qeyd olunan məsələrlə əlaqədar müvafiq tapşırıqlar verib və belə görüşlərin mütəmadi keçiriləcəyini diqqətə çatdırıb.

I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat iyulun 4-ü saat 23:59-dək davam edəcək.

AzEdu.az xəbər verir ki, bu gün saat 09:50-yə olan məlumata görə, indiyədək I ixtisas qrupu üzrə 13 min 460 nəfər (Azərbaycan bölməsi 12 min 183, rus bölməsi – 1277), IV ixtisas qrupu üzrə 2 min 682 nəfər (Azərbaycan bölməsi üzrə 2296, rus bölməsi üzrə 386) qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlər “Şəxsi kabinet”inin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (https://eservices.dim.gov.az/erizebak/cehd2 /) vasitəsilə imtahana yazıla bilərlər. Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat iyunun 21-də başa çatıb.

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 4-cü nömrəsini nəşr edib.

AzEdu.az xəbər verir ki, jurnalın bu nömrəsində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc edilib. Jurnalda, həmçinin “Bakalavrın elektron әrizәsi”ndә ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub.

Bakalavrların nəzərinə çatdırırıq ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq mümkündür.

Qeyd edək ki, magistraturaya qəbul üçün ixtisaslaşma seçimi 29 iyun – 5 iyul tarixlərində aparılacaq.

Çinin Siçuan Universitetinin alimlərindən ibarət qrup suda mikroplastikləri toplamaq üçün nəzərdə tutulmuş balıq robotu yaradıblar.

Tərtibatçıların fikrincə, bionik balıq çevikdir, ölçüsü 13 millimetrə çatır və qabıqdakı mirvari təbəqələrini xatırladan qrafen əsasında bir neçə təbəqədən ibarətdir.

Lazer şüası ilə təmasda olan robot işə düşür və mikroplastikləri bədənin səthinə çəkərək toplamağa başlayır. Qurğunun hərəkət sürəti saniyədə 30 millimetrə çatacaq.

Əvvəlki layihələrdə suyu çirklənmədən təmizləmək üçün oxşar robotlar təklif edilirdi, lakin onların müxtəlif zəiflikləri var idi: onlar silikon və ya hidrojeldən ibarət idi, bu da onların asanlıqla zədələnməsinə səbəb olurdu.

Azərtac

Azərbaycan Texniki Universitetində (AzTU) Məzun Günü keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının rəhbər şəxsləri, millət vəkilləri, AzTU-nun İctimai şurasnın üzvləri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Məzun Günü torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra AzTU-da bir il ərzində görülən işlər və həyata keçirilən yeniliklərlə bağlı hazırlanan videoçarx nümayiş olunub.

Məzunları təbrik edən AzTU-nun rektoru Vilayət Vəliyev onlara gələcək həyatlarında uğurlar və bol şans arzulayıb. Rektor bildirib ki, bu il universiteti bakalavriat səviyyəsində 1508, magistratura səviyyəsində isə 536 tələbə bitirir. Bakalavrlardan 25, magistrlardan isə 168 nəfər fərqlənmə diplomuna layiq görülüb. Qürurverici haldır ki, ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan məzunlar arasında 44 günlük Vətən müharibəsinin iştirakçıları da var. Vilayət Vəliyev yeni dərs ilində universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində tətbiq olunacaq yeniliklərdən də danışıb. Qeyd olunub ki, tələbələrin keyfiyyətli tədris alması və yüksəkixtisaslı kadr olaraq əmək bazarının tələblərinə cavab vermələri üçün AzTU-da mütəmadi olaraq innovativ yanaşmalar ortaya qoyulacaq.

Tədbirdə iştirak edən təhsil nazirinin müavini Muxtar Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra AzTU-nu fərqlənmə ilə bitirən, təhsilini yüksək göstəricilərlə başa vuran, həmçinin universitetin ictimai həyatında fəallıq nümayiş etdirən məzunlara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Məzun Günü konsert proqramı ilə davam edib.

28 iyun 2022-ci ildən etibarən “Könüllü müsahib” adlı yeni proqram start götürəcək.

AzEdu.az xəbər verir ki, “Könüllü müsahib”in məqsədi müəllimlərin sertifikasiyasının müsahibə mərhələsində müəllimlərə dəstək olmaq və onları cəmiyyətə tanıtmaqdır.

ARTİ-nin İnsan Resursları Mərkəzi və T-Network platformasının tərəfdaşlığı ilə baş tutacaq proqram zamanı müsahibə götürənlər ümumi rəylərini də paylaşacaqlar. Hər proqramda bir neçə müəllim iştirak edəcək.

Proqram hər həftənin çərşənbə axşamı və cümə günü saat 20:00-da T-Network-ün “Facebook” səhifəsində canlı yayımlanacaq.

“Könüllü müsahib” olmaq istəyənlər T-Network ilə əlaqə saxlaya bilərlər.

İyunun 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə regional təhsil idarələrinin ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim keçirilib.

AzEdu.az xəbər verir ki, təlimdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması işinin düzgün təşkili məsələsinə toxunub, mövcud problemləri diqqətə çatdırıb.

Daha sonra təlimçilər tərəfindən sosial şəbəkədə kontent idarəetmə, “Fake news”la mübarizə və böhran vəziyyətlərində sosial medianın əhəmiyyəti, sosial şəbəkələrdə ünsiyyətin düzgün qurulması, izləyici auditoriyanın idarə edilməsi və digər oxşar məzmunlu mövzularda təqdimatlar edilib, tövsiyələr verilib.

İctimaiyyətlə əlaqələr sektorunun digər əməkdaşları da mövzu ilə bağlı fikir və təcrübələrini bölüşüb, təlimin faydalılığına toxunublar.

Sonra təlim iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, təlimin təşkilində məqsəd regionlarda ictimaiyyətlə əlaqələrə dair işin keyfiyyətinin artırılması, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.

“Əgər tarixlə bağlı müzakirələrdə fikirlər nəzərə alınıb, dərsliklərdə yer almırsa, o zaman buna nə ehtiyac var”.

AzEdu.az xəbər verir ki, bunu tarixçi müəllim Arif Gülşadoğlu AzEdu-nun nəznində Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzinin tarix dərsliklərinə həsr olunan görüşündə deyib.

O, qeyd edib ki, ictimai müzakirələr olduqca vacib və əhəmiyyətlidir.

“Ali məktəblər tarix kitablarının konsepsiyalarını dəyişib, lakin məktəblərdə bunu görə bilmirik. Müəlliflər kitab hazırlanmasına diqqət yetirməlidilər.Bu şagirdlərin gələcək taleyi ilə bağlıdır”.

Səudiyyə Ərəbistanındakı Mədinə İslam Universiteti bu ali təhsil ocağında təhsil alan gənclərin milli mənsubiyyətinin sayına görə Ginnesin Rekordlar Kitabına düşüb.

Mədinə İslam Universitetində 170 millətin nümayəndəsi təhsil alır. İlahiyyat üzrə ixtisaslaşmış bu ali təhsil müəssisəsindəki 9 fakültədə 20 min tələbə təhsil alır və onların böyük bir hissəsi əcnəbi gənclərdir. Səudiyyə Ərəbistanı hökuməti onların təhsil, yataqxana və nəqliyyat xərclərini ödəyir.

Ginnesin Rekordlar Kitabının sertifikatını universitet rəhbərliyinə Kitabların Nəşri üzrə Yaxın Şərq Agentliyinin sədri Talal Ömər təqdim edib.

Azərtac

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 2 tələbəsi - Balayev İslam Oruc oğlu və İmanov Bahadur Muradxan oğlunun kolbasa məhsulundan zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən fakt təsdiqini tapmayıb.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Belə ki, adı çəkilən şəxslər 2022-ci il 23 iyun tarixində 2 saylı Kliniki Uşaq Xəstəxanasına müraciət ediblər. Daxil olan xəstələrə ilkin tibbi yardım göstərilib, qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Həkim tərəfindən “kəskin qastrit” diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar.

AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasının (ingilis bölməsi) sonuncu kurs tələbəsi Şahnaz Hüseynova 2022-ci ilin universitet birincisi olub.

AzEdu.az xəbər verir ki, 2018-ci ildə orta məktəbi fərqlənmə ilə bitirərək, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 675 bal toplayan Ş.Hüseynova ixtisas seçimində BMU-ya üstünlük verib. Ş.Hüseynova təhsil aldığı müddətdə hər zaman öz aktiv fəaliyyəti ilə fərqlənib. Universitetdə oxuduğu müddətdə beynəlxalq gənclər təşkilatı – AIESEC-ə üzv olaraq, bir çox tədbirlərdə fəal iştirak edib.

Bundan əlavə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təcrübə keçən Ş.Hüseynova “Easy-Peasy Economics” platforması tərəfindən həyata keçirilən Gənc İqtisadçılar Proqramına da seçilib.

Uğur, inkişaf və nailiyyətə gedən yolda əldə etdiyi bilik və bacarıqlarla kifayətlənməyərək, daim öz üzərində çalışan və fərdi inkişafını davam etdirən BMU tələbəsi özünü həm elmi, həm praktiki cəhətdən də təkmilləşdirir. Bu səylərin və qarşıya qoyduğu hədəflərin nəticəsində Ş.Hüseynova beynəlxalq GRE (Graduate Record Examinations) imtahanında da yüksək nəticə göstərərək 317 bal toplayıb.

Universitet birincisi olan tələbəmiz qazandığı uğurlara görə, hər zaman ona dəstək olan ailəsinə və müəllimlərinə sonsuz təşəkkürlərini bildirib.

“Bəzi dərsliklərdə olan mılumatlar internetdən kopyalanaraq kitablara əlavə edilir”.

AzEdu.az xəbər verir ki, bunu tarix müəllimi Aygün Rəhimova AzEdu-nun nəznində Nərsliklərin Müstəqil Monitorinqi Mərkəzinin tarix dərsliklərinə həsr olunan görüşündə deyib.

O, qeyd edib ki, tarix dərsliklərində səhvlər çoxdur və bu şagirdlərə təsir edir:

“Tarix dərsliklərində səhvlər olduqca çoxdur. Müəllim şagirdlərə kömək etməlidir, lakin onunla evə getməli deyil. Şagird mən dən telefon vasitəsi ilə kömək istəyirsə, deməli dərsliklərin hazırlanmasında problemlər var. Əgər dərslik hazırlanması peşəkarlara tapşırılırsa, səhvlər olmamalıdır.Deməli ki, müəlliflərin seçimində yanlışlara yol verilir”.

“İmtahanların tədris ili müddətində keçirilməsinin əsas məqsədi, şagirdlərin bilik səviyələrinə bələd olmaq və qiymətləndirmələr aparmaqdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert imtahanların keçirilmə tarixindən asılı olmayaraq dərsə davamiyyətin vacib olduğunu qeyd edib:

“Əlbəttə, imtahanların daha tez keçirilməsi bəzi şagirdlərə təsir edə bilər. Amma ümumilikdə şagirdlərin məktəbə davamiyyətlərinə hər hansı bir ciddi maneə törətmir. İstənilən halda şagirdlər tədris ilinin sonuna qədər dərslərə davam etməlidirlər. Çünki, onların illik qiymətləndirilməsi aparılır və bu qiymətləndirmə əsasında atestatlar təqdim olunur. Ona görə də, dərsə davamiyyət tədris ilinin yekununa qədər vacibdir. İmtahanların öncədən keçirilməsi o zaman problem olar ki, Dövlət İmtahan Mərkəzi imtahana sualları keçirilməyən mövzulardan salsın. Amma bildiyiniz kimi qəbul imtahanları keçirilən mövzu üzrə qiymətləndirilir. Ona görə də DİM imtahanları erkən keçirə bilər".

Mütəxəssis tədris ilinin iyunun 14-də bitməsinin doğru olmadığını bildirib:

"Dərs ilin gec, yəni iyunun 14-ü bitməsi, fikrimcə, doğru qərar deyil. Düşünürəm ki, tədris ili 15 sentyabrda başlayıb, 31 may tarixində yekunlaşmalıdır. Çünki, artıq iyunun ilk 14 günü ərzində hava şəraitində istilər müşahidə olunur. Həmçinin şagird və müəllimlərin tədris ilinin sonuna doğru dərsə maraqları əvvəlki səviyyədə olmur. Belə olan halda dərslərin mayın 31-i tarixində yekunlaşması daha məqsədəuyğundur”.

O, imtahanların tədris ili baş çatdıqdan sonra keçirilməsinin yalnız bir halda mümkün olduğunu diqqətə çatdırıb:

“Əgər tədris ili yekunlaşdıqdan sonra imtahanlar keçirilərsə, bu kifayət qədər zaman alacaq. Nəticələrin elan olunması sentyabr ayına təsadüf edəcək. Beləliklə yeni dərs ilinin 15 sentyabrda başlaması da mümkün olmayacaq. Yalnız o halda qəbul imtahanlarını tədris ilinin sonunda keçirə bilərik ki, faktiki qəbul proqramı dəyişilsin”.

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb

AzEdu.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev iyul ayının 22 tarixində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad vətəndaşları qəbul edəcək

Qeyd edək ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.