Azərbaycan Basketbol Federasiyasının əməkdaşı "FIBA Avropa"nın iclasında iştirak edib

Avropa Basketbol Federasiyasının (FIBA Avropa) təşəbbüsü ilə təşkilatın kiçik ölkələr üzrə komissiyasının növbədənkənar iclası keçirilib.

AZƏRTAC Azərbaycan Basketbol Federasiyasına (ABF) istinadla xəbər verir ki, videokonfrans formatında təşkil olunan iclasda komissiyanın üzvləri cari ilin yayında keçirilməsi nəzərdə tutulan yarışları müzakirə ediblər. Əsas müzakirə mövzusu yarışların keçiriləcəyi ölkələrdə koronavirusun dinamikası, mövcud vəziyyət və tətbiq edilən məhdudiyyətlər olub.

İclasda "FIBA Avropa"nın prezidenti Turqay Dəmirəl, icraçı direktor Kamil Novak, komissiyanın sədri Bernard O’Byrne və komissiyanın üzvləri, o cümlədən ABF-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov iştirak ediblər.

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
87
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar