• Şikayət et

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında (ABL) 7-ci turun daha iki oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk görüşü çempionatın liderlərindən sayılan "Gəncə BK" və "Sərhədçi PİK" komandaları arasında baş tutub.

Gərgin keçən qarşılaşmadan Gəncə basketbolçuları 90-76 hesablı qələbə ilə ayrılıblar.

"Gəncə BK"nın heyətində Kris Hamil - 25 xal, 5 ribaund, "Sərhədçi PİK"dən isə Maksvel Starvud - 27 xal, 5 ribaundla matçın ən məhsuldar oyunçuları olublar.

Günün ikinci oyununda iki paytaxt təmsilçisi "Neftçi İK" və "NTD BK" basketbolçuları qarşılaşıblar. Bu oyunda "NTD BK" rəqibi üzərində 75-88 hesabı ilə qələbə qazanıb.

"Neftçi İK"dən Reymond Miller - 28 xal, 10 ribaund, "NTD BK"dan isə Londell King - 20 xal, 8 ribaundla komanda yoldaşlarından fərqləniblər.

Qeyd edək ki, turun bağlanış oyunu 27 noyabr saat 15:00-da Şəki Olimpiya İdman Kompleksində "Olimpik Şəki BK" və "Sabah BK" komandaları arasında keçiriləcək.

Mənbə:
0
47
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar