• Şikayət et

Azərbaycan daim türk dünyasının daha sıx birləşməsinə davamlı töhfələr verir

Bakı, 11 noyabr, AZƏRTAC

V.Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimiz türk dünyasının birliyində də əhəmiyyətli rol oynayır. Ötən il Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması ölkəmizin bu birliyə, həmrəyliyə töhfələrinin davamlılığının təsdiqidir. Həmin Zirvə Görüşündə quruma sədrlik Azərbaycandan qardaş Türkiyəyə keçdi. Bu gün Səmərqənddə keçirilən IX Zirvə Görüşündə isə qardaş Türkiyə sədrliyi Özbəkistana təhvil verdi. Prezident İlham Əliyev Sammitdəki çıxışında qardaş Türkiyəyə bir il ərzində təşkilatda uğurlu sədrliyə görə təşəkkür edir, qardaş Özbəkistana sədrliyi dönəmində uğurlar arzulayıram. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçib.

Türk dünyasının böyük bir ailə olduğunu bildirən YAP Xətai rayon təşkilatının sədri vurğulayb ki, keçirilən görüşlərdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsi prioritet məsələ kimi qarşıya qoyulur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir.

Vüqar Rəhimzadə Azərbaycan dövlətinin xarici siyasətində diaspor quruculuğunun, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyinin təmin edilməsi istiqamətində atılan addımların uğurlu nəticələrindən bəhs edərək diqqəti tarixi Zəfərimizdə dünya azərbaycanlılarının həmrəyliyinin roluna yönəldib. O deyib: “Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Ümummilli Liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu birliyin, həmrəyliyin möhkəmləndirilməsində, xaricdə yaşayan azərbaycanlıların vahid mərkəzdən idarə olunmalarında öz sözünü dedi. Artıq bu il tarixi Zəfərimizin reallıqları fonunda dünya azərbaycanlılarını bir araya gətirən Şuşada Zəfər Qurultayı keçirilərək postmünaqişə dövründə dünya azərbaycanlılarının qarşısında dayanan vəzifələr müzakirə edildi. Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bu çağırışı etdi ki, acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Prezident İlham Əliyev iştirak etdiyi beynəlxalq təşkilatların tədbirlərində yüksək tribunalardan Azərbaycanın işğal dövrü ilə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmünaqişə mərhələsinin reallıqlarını dünya ictimaiyyətinə çatdırır. Budəfəki Zirvə Görüşündə “İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi”, - söyləyən Prezident İlham Əliyev bildirdi ki, 30 illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır.

Vüqar Rəhimzadə vurğulayıb ki, “Gücümüz birliyimizdədir!” çağırışı tarixi Zəfərimizdən sonra da aktuallığını qoruyur. Bu çağırış sözdə deyil, reallıqda öz əksini tapır.

Mənbə:
0
592
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar