Azərbaycan iqtisadiyyatının dünəni, bu günü və sabahı

Regionda baş verən geosiyasi və geoiqtisadi proseslər, həmçinin dünyanı çoxsektorlu təhdidlər altında saxlayan koronavirus pandemiyasından aşağı həcmli itkilərlə çıxmaq, Qarabağ münaqişəsinə son qoyulması Azərbayca iqtisadiyyatı haqqında beynəlxalq təşkilatların rəyini sabitdən müsbətə dəyişən başlıca konturlardır. Azərbaycan 2021-ci ildə neft-qaz sektoruna tələbin artmasından sonra sürətli iqtisadi bərpa dövrü keçir və Qarabağın işğaldan azad edilməsi onu regionun mərkəzinə, tranzit ölkəyə çevirir. Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatına diqqət etsək, bütün yölkə iqtisadiyyatı inkişaf xəttinə qoşulub. Azərbaycanın bu il iqtisadi böyüməsinin ötən illə müqayisədə 5% çox olacağı proqnozlaşdırılır. Bankın daha əvvəlki proqnozunda ölkə iqtisadiyyatının 2,2% böyüyəcəyi ehtimal olunub. Bu günün rəqəmləri nə qədər müsbət mesajlar versə də, ölkə iqtisadiyyatının sabahı üçün təhdidlərin olması proqnozları aşağı salır. Bura əsasən aşağıdakı istiqamətlər daxildir:

  • Azərbaycanın gəlir drayverinin neft-qaz olaraq qalması
  • Cari hesablar balansında kövrəkliyin qalması
  • Maliyyə bazarlarının inkişaf etməməsi

Bu istiqamətləri nəzərə alaraq hesabata nəzər salaq. Dünya Bankı Azərbaycan iqtisadiyyatının gələn il 3,1% böyüyəcəyini açıqlayıb ki, bu da əvvəlki proqnozla müqayisədə 0,8% azdır. Ölkə iqtisadiyyatının 2023-cü ildə isə 2,7% böyüyəcəyi gözlənilir. Bu göstərici, ötən proqnoz ilə müqayisədə 0,7% azdır. Azərbaycanın cari əməliyyatlar balansının ümumi daxili məhsula (ÜDM) nisbətinin 6.9% səviyyəsində olacağı gözlənilir. Kövrək hissəni isə ötən il Azərbaycanın cari əməliyyatlar balansının ÜDM-ə nisbəti -0.5 səviyyəsində olması göstərir.

COVİD-19 və əmək bazarı

Azərbaycanda COVID-19 pandemiyası səbəbilə ötən ilin mart ayından bu ilin mart ayına qədər işsizlik səviyyəsi artıb. Məlumata görə, bu dövrdə ölkədə işsizlərin sayı 115.200 artıb. Rəsmi yoxsulluq səviyyəsi isə 2019-cu ildəki 4,8%-dən ötən il 6,2%-ə yüksəlib. Yoxsulluq səviyyəsinin artması əmək bazarında yeni tendensiyaları formalaşdıra bilər.

Geosiyasət – Üçtərəfli bəyanat

Azərbaycan orta gəlirli ölkələrdən biridir. Azərbaycan iqtisadiyyatı COVİD-19 pandemiyasının təsirlərindən ciddi ziyan görsə də, dövlət borcunun aşağı olması ölkənin inkişafına kömək edib. Bundan əlavə, Azərbaycan və Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından sonra regional geosiyasi gərginlik azalıb. İstehlakçı tələbi və dövriyyəyə uyğun olmayan maliyyə xərcləri istehlak artımını dəstəkləyib. Yüksək qlobal enerji qiymətləri, neft hasilatının bərpası və qaz istehsalının artması ölkənin idxal artımını kompensasiya edir.

Rəqəmlər üzərindən baxdıqda Azərbaycanda növbəti beşillik ortamüddətli dövrdə ÜDM-in ortaillik real artım tempi 4,2%, qeyri-neft ÜDM-in ortaillik artım tempi isə 5,2% səviyyəsində olacağını görə bilərik.

Ölkə ticarətində gözləntilər

Azərbaycanın bu il ixracının 5.6% artacağı gözlənilir. Bu göstərici ötən illə müqayisədə 13.7% çoxdur. Dünya Bankı gələn il ölkənin ixracının artım sürətinin nisbətən azalacağını açıqlayıb. Belə ki, ölkənin ixracının gələn il 1.8%, 2023-cü ildə isə 1.9% artacağı proqnozlaşdırılır. Əlavə edim ki, Azərbaycanın ötən il ixracı -8.1% səviyyəsində olub. Azərbaycanın bu il idxalının 2.5% artacağı gözlənilir ki bu da ötən illə müqayisədə 13% çoxdur. Dünya Bankı ölkənin ixracının gələn il 2.7% 2023-cü ildə isə 2.8% artacağı proqnozlaşdırılır. Hesabata görə, ötən il Azərbaycanın idxalı -10.5% səviyyəsinə qədər azalıb. Qeyd edim ki, idxalda böyükhəcimli artım neft-qaz sektorunda tələbin artması ilə kompensasiya olunur.

Müəllif: Fariz Əzimov

Mənbə:
0
330
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar