• Şikayət et

Azərbaycan mədəniyyətinə AĞIR İTGİ- Əməkdar artist koronavirusdan vəfat etdi

Azərbaycan mədəniyyətinə AĞIR İTGİ- Əməkdar artist koronavirusdan vəfat etdi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

 

Azerforum.com AZXEBER.COM-a istinadla xəbər verir ki, bu barədə Akademik Opera və Balet Teatrından bildirilib.

 

İ.Ələkbərovun koronavirusdan vəfat etdiyi qeyd olunub.

 

İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

 

1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

 

Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib.

 

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

 

0
1553
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar