• Şikayət et

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilir YENİLƏNƏCƏK

Noyabrın 11-də Bakıdakı “Gülüstan” sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan idmançılarının Olimpiya Oyunlarında uğurlu çıxışları barədə videoçarx nümayiş olunub.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin Milli Olimpiya Komitəsinə təbrik məktubunu oxuyub.

Avropa Olimpiya Komitələrinin və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos çıxışında Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu deyib. Bildirib ki, Azərbaycanda idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, azərbaycanlı atletlər beynəlxalq arenada layiqincə çıxış edirlər, ölkədə ən müasir idman infrastrukturu yaradılıb. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti sayəsində mümkün olub. Birinci Avropa Oyunları Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə mükəmməl təşkil edilib.

Sonra müasir quruluşda hazırlanmış Olimpiya Himni təqdim olunub.

Yubiley tədbiri davam edir.

Mənbə:
0
528
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar