• Şikayət et

"Azərbaycan öz imperativ mövqeyi ilə regionumuzun gələcəyi ilə bağlı şərtləri diqtə edir"

"Prezident İlham Əliyev Azərbaycan Televiziyasın verdiyi müsahibədə  günümüzün ən aktual məsələlərinə toxunaraq ölkəmizdə görülən və görüləcək işlərdən danışdı. Hər şeydən öncə ərzaq  və qida təhlükəsiziliyi mövzusunda bir sıra məsələlər aydınlıq gətirdi. Hər kəsə aydındır ki, dünyada mövcud olan kəskin hərbi-siyasi qarşıdurma və tüğyan edən pandemiya bəşəriyyəti aclıq təhlükəsi ilə üzü-üzə qoyub". Bu fikirləri "Xeber7.az"a Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, hər bir milli dövlətin ən əsas proritetlərindən biri özünün ərazaq təhlükəsizliyi problemini həll etməsidir: "Əgər hər hansı bir ölkə bu mühüm məsələnin öhdəsindən gələ bilmirsə zamanla iqtisadi sonra isə siyasi müstəqilliyini itirməyə məhkum olur. Çünki milli iqtisadi və maliyyə resurslarının  böyük əksəriyyətini istehlak tələbatını ödəməyə xərclənir. Nəticədə milli gücün iqtisadi komponentləri tükənir və dövlət zəifləyir. Bu isə yaşadığımız indiki mürəkkəb tarixi mərhələdə əsla yol verilməzdir. Üstəlik nəzərə almaq lazımdır ki, ərzaq və qida məhsulları bazarı həm də hibrid müharibələrin bir komponentidir. Bəzən səssiz müharibə komponenti o qədər təsirli olur ki, uzunmuddətli perespekrivdə milli genetik fondu belə təhlükə altına alır. Ona görə də Azərbaycan Prezidenti həmişə ölkəmizin özü-özünü təmin edən imkanlara sahib olmasına diqqət yetirb. Torpaqlarımızın işğaldan azad edilməsi ilə  də bu vəzifənin yeriniə yetirilməsi üçün olduqca əlverişli şərtlər yaranıb. Şübhəsiz ki ərzaq təhlükəsizliyi dedikdə ilk ağıla gələn təməl qida maddələri, buğda, ət, yağ, içməli su və s. kimi məhsullardır. Zəfər müharibəmizdən sonra bu təməl qida vasitləri ilə təmin olunmamız üçün işğaldan azad edilmiş torpaqlarımız olduqca geniş potensiala sahibdir. İstər içməli və suvarma su ehtiyatları baxımından, istərsə də əkinə yararlı torpaq ehtiyatlarımızda qida vasitələri istehsal etmək baxımından hazırda ölkəmizdə çox böyük işlər görülür. Azərbaycan Prezidenti qeyd etdi ki, bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Özlüyündə bu yaxşı göstərici hesab edilsə də ancaq məqəsd bu göstəricilri daha da yaxşılaşdırmaqdır. Bunun üçün olduqca əlverişli imkanlar və perespektivlər artıq təmin dilib. Başqa bir mühüm xüsus ondan ibarətdir ki, Zəfər savaşımızdan sonra suveren ərazilərimizdə Azərbaycan qanunlarının tam tətbiqi nə zaman və hansı yollarla mümkün olacaq. Bu mövzda Azərbaycan Prezidentinin fikirlərinidən aydın olan məntiq odur ki, indiki vəziyyət tamamilə milli maraqlarımıza cavab veirir və  faktiki vəziyyətdə Azərbaycan öz imperativ mövqeyi ilə regoununumuzun gələcəyi ilə bağlı şərtləri diqtə edir. Bu əlbətdə qürur vericidir, Doğurdan da Qarabağ ətrafında baş verən son hadisələr və onun nəticələri bir daha göstərdi ki, Azərbaycanın iradəsinə qarşı durmaq çox baha başa gəlir". 
Deputat deyib ki, Azərbaycanda yaşayan ya da yaşamaq istəyən hər kəs Azərbaycan qanunlarına qeydsiz-şərtsiz əməl etməlidir: "Qarabağda yaşayan ermənilərin davranışları və onların gələcək mümkün perepektivlərində toxunan Prezident İlham Əiyev ilk dəfə idi ki, bəzi məsələləri aşıq şəkildə ictimailəşdirdi, Bəlli oldu ki , ermənilər müxtəlif vasitələrlə Azərbaycandan müxtəlif tipli xahişlər edirlər .Bu isə özlüyündə Azərbaycan qanunlarına tabe olmağın və cəmiyyətimmizə inteqrasiya olunmağın ilkin addımları kimi qiymətləndirilə bilər. Ona görə də Prezident İlham Əiyev bir daha çox konkret şəkildə Azərbaycanın mövqeyini bəyan edərək  bir sıra ünvanlara olduqca ciddi  məsajlar verdi. Prezident İlham Əliyev bildirdi ki, “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Bu fikirdən belə aydın olur ki, ermənilərin  törətdikləri avqust təxribatlarından sonra  Azərbaycanın cəza tədbiri kimi həyata keçirdiyi "Qisas" əməliyyatı onlara çox baha başa gəlib və Azərbaycanı durdurmaq üçün çoxsaylı ünvanlara çoxsaylı yalvarışlar ediblər .Ancaq bunun heç bir xeyiri olmayıb. Bu hadisədən ermənilər yaxşı və düzgün dərs çıxarmağı bacarmalıdırlar. Ona görə də hazırki vəziyyəti təsvir edərkən Prezident bildirdi ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itiririr. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Şübhəsiz ki, bu reallıq son nəticədə hər qarış ərazimizdə Azərbaycan dövlətinin suveren hüquqlarının təmin olunması reallığına gətirib çıxaracaq".

Mənbə:
0
3844
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar