Azərbaycan Rusiyada yenidən turizm nümayəndəliyi açmağı planlaşdırır.
Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev news.ru nəşrinə müsahibəsində deyib.
Bir neçə ölkədə belə nümayəndəliklərin olduğunu bildirən DTA-nın sədri qeyd edib ki, koronavirus pandemiyası səbəbindən iş sxemində dəyişiklik olunub və onların fəaliyyəti dayandırılıb: “Ancaq biz onları yenidən açmağı planlaşdırırıq, o cümlədən Rusiyada”.
Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi müxtəlif ölkələrin turoperatorları ilə əməkdaşlıq edir: "Noyabr ayından etibarən rusların xizək kurortlarımıza gəlməsi üçün kampaniyaya start verilib".