• Şikayət et

Azərbaycan və Rusiya məktəbliləri Sergey Yesenini birgə yad ediblər

Bu gün Rusiyanın Podolsk şəhərində şair Sergey Yeseninin yaradıcılığına həsr olunmuş "Ədəbi qonaqlıq" adlı tədbir keçirilib. 34 saylı tam orta məktəbin müəllim və şagirdləri Sergey Yeseninin sözlərinə şeirlər hazırlayıb, mahnılar ifa ediblər.  
Sergey Yeseninin Bakıdakı həyatından bəhs edən süjet səsləndirilib. Bu baxımdan Bakı şəhəri Əliheydər Kazımov adına 228 saylı məktəbin şagird və müəllimləri fəal iştirak ediblər. Uşaqlar şairin olduğu yerləri əks etdirən videogörüntü göndəriblər, məktəbin direktoru Səkinə Rzayeva və direktor müavini Səadət Həmidova videobağlantı vasitəsilə tədbir iştirakçılarını salamlayıblar.  
Konfransda Podolsk şəhərinin Deputatlar Şurasının deputatı, 34 saylı tam orta məktəbin direktoru İnna Gennadievna Qorkavaya, 
Moskva şəhərinin Qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Əli Kazımov və digərləri çıxış edərək Rusiya-Azərbaycan dostluq münasubətləri haqqında danışıblar. 

 

Mənbə:
0
6212
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar